Ordan-Burdan » WhatsApp'dan yeni xüsusiyyət
Tarix : 2017-10-24 16:22:21 | Baxılıb : 542
Font Ölçüsü:   |  

WhatsApp öz açıqlamasında yerinizi canlı şəkildə paylaşmaq xüsusiyyətini dövrəyə aldığını bildirdi. Bu xüsusiyyət sayəsində bundan sonra əlaqədə olduğunuzu insanlar siyahısındakı (kontaktdakı) şəxslərlərə yerinizi bildirmək üçün ‘Location’izi paylaşdıqdan sonra qarşıdakı şəxslər sizin icazənizin olduğu müddətdə sizi xəritə üzərindən izləyə biləcəklər.

Bu xüsusiyyət Facebook’un Canlı yerbildirmə xüsusiyyəti ilə çox bənzəyir. Aralarındakı ən böyük fərq isə WhatsApp vasitəsiylə təqribən 8 saata yaxın bir müddətdə olduğunuz yeri biriylə paylaşa bilirsiniz.

Yerinizi (location) paylaşmaq çox asandır!

Yerinizi paylaşmaq üçün, Əlavə et funksiyasının altından ‘Location’ə klikləyin. Tətbiq yenilənməsindən sonra, bu menyuda, “Canlı Yerini Paylaş” diyə ayrı bir seçimlə qarşılaşacaqsınız. Sonra nə qədər uzun müddət yerinizi paylaşmaq istədiyinizi müəyyənləşdirəcəksiniz. Bunu etdikdən sonra içində sizin xəritədəki yerinizi göstərən bir söhbət açılacaq. Yeriniz buradan siz ləğv edənə qədər canlı olaraq paylaşılmağa davam edəcək.

Dostlarınızla görüşməyə çalışarkən xüsusilə də çox işə yarayacaq bir tətbiq olacaq. Əgər sizinlə canlı yerini paylaşırsa siz də onunla danışaraq doğru yönləndirə bilərsiniz. Eyni zamanda, əlbəttə ki, təhlükəsizlik səbəbləri üçün də istifadə ediləcəyi təxmin edilir.

Bir başka yaxşı xüsusiyyət isə qrup söhbətləri üçün gəlib. Əgər bir qrupda birdən çox insan canlı yerini paylaşırsa hərkəs tek bir xəritədə görüləcək. Görüşlər üçün ideal bir sistemdir. Tək mənfi tərəfi, “yoldayam, tıxaca ilişdim, biraz gecikirəm” bəhanələrini artıq istifadə edə bilməyəcəyimizdir.

Bu bölməyə aid digər xəbərlər.