Ordan-Burdan » WhatsApp-da təsdiqlənmiş biznes hesabları dövrü başladı
Tarix : 2017-08-31 19:05:54 | Baxılıb : 477
Font Ölçüsü:   |  

WhatsApp mobil mesajlaşma proqramlarının arasında ən çox yayılmış tətbiq kimi son illərdə böyük bir artım göstərdi. WhatsApp gündə 1 milyard istifadəçisinin olmasından əlavə son zamanlarda müştəri xidmətləri və onlayn satışlarda məşhurlaşan WhatsApp indi də "Təsdiq olunmuş biznes hesabları" tətbiqini keçib. WhatsApp fərdi istifadəçilər və şirkətlər üçün zəruri olmaq istiqamətində atdığı bu addım müəssisələrə böyük fayda təmin edəcəkdir.

WhatsApp tərəfindən tez-tez verilən suallar bölümünə əlavə edilən “Verified business accounts” başlığı ilə təsvir olunan bu xüsusiyyət hazırda məhdud istifadəçi əhali üçün istifadəyə verilib.

WhatsApp-da istifadəçinin adının yanındakı yaşıl rəngdə bir tık ikonunu gördükdə bu hesabın təsdiq edilmiş bir şirkətə aid olduğunu anlaya bilərsiniz. Müəssisələrlə olan söhbətlər əsnasında tətbiqin içərisində mesajları sarı rəngdə görəcək və bunun sayəsində bir müəssisəylə danışdığınızı başa düşəcəksiniz.

Bu xüsusiyyətlə gələn digər bir yenilik isə müəssisələrin istədikləri adlardan istifadə etməklə istifadəçilərlə ünsiyyət qura bilməyidir. Əgər müəssisənin nömrəsi digər tərəfin nömrələr siyahısında qeydə alınmayıbsa,müəssisələr mesaj göndərdiyi zaman digər tərəfin mobil tətbiqində özlərinin istədikləri adlar ilə görünə biləcəklər. Şirkətlər bu biznes hesablarını açanda bu adı seçə biləcək və bu adla idarə edə biləcəklər.

WhatsApp əlavə edib ki, müəssisə ilə yazışmalar sistemdən silinməyəcək. Bu xüsusiyyətin açıqlandığı anda istifadəçilərin keçmiş zamanlarda reklam mesajları ilə olan problemləri xatırladıqları üçün onlarda narahatlıq yarandı. WhatsApp, həmçinin, bu mövzu haqqında istifadəçilərin istədikləri anda proqramları mobil tətbiq üzərindən blok edə biləcəyini də açıqladı.

Mənbə: pazarlamasyon

Bu bölməyə aid digər xəbərlər.