digimark » WhatsApp-da video və foto üzərində yazı yazmaq və şəkil çəkmək imkanı yarandı
Tarix : 2016-10-05 12:32:50 | Baxılıb : 675
Font Ölçüsü:   |  

WhatsApp video və foto üzərində yazı yazmaq və şəkil çəkmək, həmçinin smayl qoymaq imkanı təqdim edib. Yeni alətlər istifadəçilərə avtomatik olaraq nümayiş olunacaq. Bundan əlavə mətn, şriftin rəng və stilini dəyişdirmək funksiyaları əlavə olunub. WhatsApp kamerası indi frontal işıqlanmanı dəstəkləyir. Yaradıcılar video çəkilişi üçün yaxınlaşdırma funksiyasını da əlavə ediblər.

Qeyd olunur ki, kameranın yeni funksiyası Android əsaslı smartfonlara şamil olunacaq. iPhone üçün yeniliklər yaxın gələcəkdə hazırlanacaq.

Bu bölməyə aid digər xəbərlər.