digimark » WhatsApp-da yeni funksiyalar
Tarix : 2017-01-31 11:43:34 | Baxılıb : 808
Font Ölçüsü:   |  

WhatsApp-ın Beta yenilənməsi ilə ismarıcların geri çağırılması, redaktə olunması və qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək kimi yeni funksiyalar əlavə olunacaq.

WhatsApp istifadəçilərinin uzun zamandır gözlədiyi funksiya - ismarıcların geri çağırılması nəhayət ki, gəldi. Geri çağırılma, ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Bu funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq.

Geri çağırma funksiyasından əlavə ismarıcın redaktə olunması funksiyası da əlavə olunur. Bu xüsusiyyət də yalnız oxunmamış mesajlar üçün etibarlı olacaq.

Yeni gələn funksiyalar arasında sonuncusu isə olduqca fərqlidir: WhatsApp qrupu içərisindəki istifadəçilərin yerinin təyin olunması. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həmdə iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya ilk öncədən deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq.

Bu bölməyə aid digər xəbərlər.