bu işdə bir niş var » Yaponiyada marketinq şirkətindən qeyri-adi addım
Tarix : 2017-11-14 17:32:28 | Baxılıb : 90
Font Ölçüsü:   |  

Yaponiyanın paytaxtı Tokioda yerləşən marketinq şirkəti “Tiala” siqaret çəkməyən işçilərinə ildə 6 gün əlavə istirahət verəcəyini açıqlayıb.

Facemark.az Pazarlamasyon-a istinadə xəbər verir ki, “Business İnsider” nəşri yazır ki, əvvəllər şirkət işçilərinə 15 dəqiqəlik siqaret fasiləsi verirdi.

Digər işçilər şirkətin CEO-su Takao Asukaya həmin işçilərin 15 dəqiqəlik fasilə ilə mükafatlandırılmasının yanlış olduğunu şikayət etdikdən sonra o bu addımı atıb.

Şirkətin rəhbəri “Japon Times”a açıqlamasında deyib ki, bu qərar insanları siqaretin buraxılmasına təşviq edəcək.

Qeyd edək ki, Yaponiya əhalisi ən çox siqaret istehlakçılarındandır. Aparılan araşdırmalara görə, ölkə əhalisinin 22%-i siqaretdən istifadə edir.

Yaponiyada şirkət rəhbərinin işçilərinə ildə 6 gün əlavə istirahət vaxtı verməsi böyük addım kimi qiymətləndirilir. Belə ki, yapon əhalisi daha çox çalışır və ailələrinə daha az vaxt ayırırlar.

Gündə 12 saat çalışmaq onlar üçün normal bir vəziyyətdir. 1970-ci illərdən bu yana daha çox əmək sərf edən yapon əhalisində intihar və ürək xəstəlikləri yaranır. Ikinci Dünya Müharibəsində böyük zərbələr alan ölkənin birdən birə texnologiyanın inkişaf etdiyi bir ölkəyə çevrilməsinə səbəblərdən ən öndə gələni, əlbəttə ki, yapon əhalisinin çox çalışqa olması dayanır.

Bu bölməyə aid digər xəbərlər.