Ordan-Burdan » Yay bitdi, evdə istirahət vaxtıdır
Tarix : 2017-10-10 15:53:37 | Baxılıb : 120
Font Ölçüsü:   |  

Yay mövsümü artıq bitmişdir və artıq payız günlərini yaşayırıq. Televiziya və internet bu soyuq havalarda evdə istirahət üçün əla seçimdir. Bu seçimi daha əlverişli etmək üçün güzəştli Ailə TV və Ailə NET kampaniyalarından faydalanmağa dəyər.

Ailə TV rəqəmsal yayıma keçid və rəqəmsal yayımdan daha səmərəli istifadə üçün abunəçilərə xüsusi şərtlər təklif edir. Cəmi 6 ayın abunə haqqını (60 azn) ödəməklə rəqəmsal yayımda 100-dən çox TV kanal izləmək mümkündür. Bu halda rəqəmsal qəbuledici funksiyasını daşıyan CAM Modul cihazı pulsuzdur.

Rəqəmsal yayımda CAM Modul-dan istifadənin üstün cəhəti əlavə pultdan istifadə olunmamasıdır. Tək televizorunuzun pultu ilə istədiyiniz TV kanalı seçib izləyə bilərsiniz.

Müasir fiber optik internet xidmətinə keçidin sadələşdirilməsi məqsədilə də güzəştlər mövcuddur. 2 aylıq abunə haqqını (36 azn) öncədən ödəyərək Ailə NET-dən iki antenalı pulsuz WiFi router qazanacaqsınız.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Güzəştli şərtlər ilin sonunadək keçərlidir.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Bu bölməyə aid digər xəbərlər.