Buna bir ad ver » Yeni il gecəsi minlərlə Bakı sakini “Uber” xidmətindən yararlanıb
Tarix : 2017-01-05 16:06:34 | Baxılıb : 515
Font Ölçüsü:   |  

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti 2017-ci ilin ilk gecəsinin yekunlarını paylaşıb.

Şirkətdən verilən məlumata görə, yeni il gecəsində gedişlərə tələb yüksək olub. Belə ki, sifarişlərin sayı bir neçə minə çatsa da, sistem bütün sifarişlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Bununla yanaşı, şəhər üzrə avtomobilin sifarişçiyə çatdırılma vaxtı beş dəqiqəni ötməyib.

“Bir sıra istifadəçilər “Uber” xidmətinə yeni il gecəsinin ən mühüm məqamını– 2017-ci ilin ilk dəqiqələrini ailə və yaxınların əhatəsində keçirmək imkanını etibar ediblər: yüzlərlə insan gecə yarısına bir neçə dəqiqə qalmış “Uber” avtomobillərindən enirdilər”, - deyə şirkətdən daxil olan məlumatda qeyd olunub. İstifadəçilər həmçinin gediş marşrutu haqda məlumatı, təqribi çatma vaxtını qohum və dostlarla paylaşıb, gediş haqqını öz yoldaşları və yaxınları ilə bölüşərək yeni il gecəsi xərclərinə qənaət ediblər.

2017-ci il başlayandan sonra da Bakı sakinləri yeni ili qeyd etməyə davam ediblər. Qeyd edək ki, ən fəal istifadəçilər bayram gecəsi ərzində 7 gediş ediblər.

Bu bölməyə aid digər xəbərlər.