Ordan-Burdan » “Zaryadka”, “adapter”, “kserokopiya” sözlərinin Azərbaycan dilində qarşılığı tapılıb
Tarix : 2017-10-26 16:26:03 | Baxılıb : 115
Font Ölçüsü:   |  

“Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib”.

Facemark.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: “Zaryadka” — “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” — “qadağa”, “evakuasiya” — “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” — “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompüter “mouse”nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.

Bu bölməyə aid digər xəbərlər.