Burger King, krallıq ailəsindən ayrılaraq Kanadaya köçəcəklərini, öz yaşamlarını təmin edəcəklərini açıqlayan şahzadə Harri və həyat yoldaşı Meqan Markle-a iş təklifi edib.


Facemark.az xəbər verir ki, marka iş axtaran məşhur cütlüyə təklifini Argentinada sosial media üzərindən təqdim edib və “Əgər iş axtarırsınızsa, sizin üçün yeni bir tacımız var”, - deyib.



Burger King, təklifini isə Argentinanın qəzeti Clarin-də yayımlanan məktubu ilə davam etdirib.



Marka daha əvvəl də cütlüyə Twitter üzərindən səslənmiş və öz krallıqlarında hər zaman iş fürsəti olduğunu demişdi. İş elanı səhifəsini paylaşmışdı.




Reklamverən: Burger King Arjantin


Reklam Agentliyi: HOY