çərşənbə axşamı, 7 aprel 2020

Versace kolleksiyanın hazırlanmasında kenquru dərisindən imtina edib

347

İtaliyanın moda evi Versace özünün kolleksiyaında kenquru dərisindən istifadədən imtina edib.

Facemark.az xəbər verir ki, bu haqda The Telegraph nəşri yazıb.

Brendin rəhbərliyində oturan Donatella Versace deyib ki, o kolleksiyanın yaradılması üçün heyvanların öldürülməsindən istifadə etmək istəmir, çünki bu səhvdir.

Bildirilib ki, qərar indi Avstraliyada yanğınlarda ölən bir çox canlının, quşun, sürünənlər ilə bağlı olmayıb. Bu qərar 2019-cu ilin kolleksiyalarının hazırlanması zamanı qəbul edilmişdi, ancaq bu haqda indi bildirilir.

Beləliklə, moda evi İtaliyada heyvansevərlərin etirazlarına cavab vermiş olub/ Belə ki, onlar vəhşi təbiətdə kenqurunun yeni kolleksiyanın yaradılması üçün illik öldürülməsinə qarşı çıxıblar.

Avstraliyalı alimlər isə həyəcan təbili çalırlar və bildirirlər ki, yanğınlarda ölən canlıların sayı artıq milyarda yaxınlaşır. Belə ki, daha əvvəl Sidney Universitetinin professorları demişdi ki, yanğından 480 milyon canlının ölüb, hazırda isə onların sayı ikiqat artıb.

Qeyd edək ki, iki əvvəl Versace geyim və aksessuarlarda təbii xəzdən istifadədən imtina etmişdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün