Toyota elektrik mühərrikli şaquli pərvanələri olan Joby Aviation aerotaksinin (uçan taksi) hazırlanmasına 394 milyon dollar investisiya edib. Şirkət, həmçinin eVTOL təyyarəsinin hazırlanmasında istehsal və keyfiyyətə nəzarət təcrübəsini bölüşəcək.


Facemark.az xəbər verir ki, Bloomberg nəşrinin məlumatına görə, Yaponiyanın avto istehsalçısı C mərhələsində isə 590 milyon dollar ilə aparıcı investor olub.


İnvestorlar arasında, həmçinin — Baillie Gifford, Global Oryx, Intel Capital, Capricorn Investment Group və başqaları var.Bu mərhələdə Joby Aviation-a ümumilikdə investisiyanın həcmi 720 milyon dollar olub. Şirkətin qiymətləndirilməsi isə açıqlanmır.


Joby Aviation 2009-cu ildə Kaliforniyada əsası qoyulub. Bloomberg isə kompaniyanı hava taksinin hazırlanması bazarında onu əsas oyuncu adlandırıb.


Onun layihəsi arasında olan aerotaksi bir dəfə olan şarj ilə 150 mil-dən (təxminən 241 km) çox yol qət edə bilər. Sürəti isə 200 mil/saat-dır. (təxminən 321 km/saat).