H&M mağazalar şəbəkəsi amerikalı müştərilərinə ödənişi sonradan etməyi təklif edib.


Facemark.az xəbər verir ki, bu haqda Associated Press nəşri yazıb.


Xidmət isə şirkətin loyallıq proqramının iştirakçıları üçün əlçatandır. Satış ilə bağlı ödəmə 30 gün içində şirkətin fiziki mağazasında və ya riteylerin tətbiqi üzərindən mümkündür.


Proqramın iştirakçısı olmaq üçün isə şirkətin saytında hesab açmaq və ya tətbiq üzərindən qeydiyyatdan keçmək lazımdır.


Proqram iştirakçılara bonuslar əldə etməyə və elektron qəbz almağa, satışlara daha erkən giriş etməyə, xüsusi təkliflər və endirimlər barədə məlumat əldə etməyə imkan verir.


Bu yaxınlarda məlum olub ki, H&M onlayn mağazalarda mallar üçün təkrar istifadə olunan qablaşdırmaya keçir.


Bunun üçün brend Finlandiyanın start-up şirkəti RePack ilə əməkdaşlıq edir.