bazar ertəsi, 3 avqust 2020

İqtisadi böhranın iqtisadiyyata faydaları


İlkin Mirzəzadə


644

Ümumilikdə götürsək əslində iqtisadi böhranın olması, iqtisadiyyatda dalğalanmanın olması iqtisadiyyatın özü üçün müsbət bir hadisədir. Çünki illərlə bir sabitlik olması heç də yaxşıya əlamət deyildir. Milli keys üzərindən öz iqtisadiyyatımız üzərində bəzi detallara aydınlıq gətirək.

2006-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı böyük bir sürət ilə əsasən neft və qazın hesabına irəliləyiş əldə edirdi. Bu təkcə Azərbaycan iqtisadiyyatında olmayıb. Adını eşitdiyimiz “Holland sindromu”-nun yarandığı məmləkət məhz Hollandiya nümunəsində də baş verib/ Həmçinin bir çox neft ölkələrində bu tip hallara rast gəlinib. Sadəcə iqtisadiyyatın spesifikliyinə görə bu fərqli təzahürlərdə baş verir.

İqtisadiyyat dinamik artımla yanaşı, insanlarımız da bir növ passivlik, alıcı bolluğu və “BUM” özünü yaxşı göstərsə belə heç də yaxşı olmayan hadisələrin başlanğıcı idi.

Bazar inkişaf etsə də bu inkişafın əsası yox idi. Kefiyyətli təhsil aşağı idi, insanlar rahatlığa çox meyillənirdi, sahibkarlığa maraq sadəcə bu gün alım sabah satım prinsipi ilə işləyirdi.

İqtisadiyyatda baş vermiş dalğalanmalar nəticəsində isə artıq insanlar məhz məcburiyyətdən yerindən tərəpənməyinə səbəb oldu. Keçmiş dövrdə bazarda təhsil görmüş satıcılar əvəzinə, sadəcə icraçılar var idi. İnsanlar artıq yeni dövrdə daha kefiyyətli mallar almağa, daha kefiyyətli yemək yeməyə, daha kefiyyətli təhsilə üz tutdular. Təbii ki, bunun bariz nümunəsi olaraq kefiyyətli iş görən şəxslər məhz böhran dövründə uddu. İşini bilən şəxslər işini itirmədi. İqtisadiyyatın bəzi sahələri olduqca inkişaf etdi. Məhz buna misal olaraq: Təhsil, qida sektorlarını nümunə çəkə bilərik. Kefiyyətli təhsil verən kurslar gəlirləri artdı, kefiyyətli xidmət və yemək verən restoran/kafelərin gəlirləri artdı.

İnsanların təbii ki, gəliri azaldı. Lakin bu gəlirin maksimal şəkildə fayda götürmək üçün daha kefiyyətli məsələlərə diqqət ayırdılar. İnsanlar artıq daha kefiyyətli təhsil axtarmağa çalışdılar və kefiyyətli təhsili ilə seçilən müəssisələr ciddi şəkildə qazandılar. İnsanlar artıq kefiyyətsiz qida və aşağı səviyyədə xidmət göstərən kafe/restoranlara getməməyə başladılar.

Böhran dövründə məhz savadlı, bilikli, müasir idarəçilik bacarğı və satış qabiliyyəti yüksək olan şəxslər üçün ciddi fürsətlər yaratdı. Bu fürsətlərdən faydalanmaq isə təbii ki, peşəkarların işidir.

İlkin Mirzəzadə, blogger

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün