2020-ci ilin ilk yarısında Apple-ın ağıllı telefonunun uyğun büdcəli versiyası olan, iPhone SE-in varisi iPhone 9-u görə bilərik.


Facemark.az xəbər verir ki, bu haqda Mydrivers nəşri Çindəki mənbəyə istinadən yazır.


Bildirilir ki, smartfon Apple-nin mövqeyini itirdiyi bazarlara hesablanacaq. Məsələn, Çin, Hindistan və digər inkişaf etməkdə olan bazarlar bura daxildir.




Nəşrin yazdığına görə, smartfonun ilə bağlı test mərhələsi artıq başa çatıb. iPhone 9-un 8-li korpusu, 4,7 düymlük ekranı, 64 GB-lik sürücüsu və Touch ID -si olacaq. Güman edilir ki, arxa panel isə tünd rəngdə olacaq.


Xatırladaq ki, iPhone7-nin bazara çıxarılmasından sonra, “alma” nəhəngi tezliklə bazara iPhone 8-i və iPhone X-i buraxdı. iPhone 9 isə unuduldu. Məntiqlisi budur ki, KİV SE seriyasına varis kimi 9 rəqəmini uyğun görür.



Gözlənilir ki, Asiya bazarında Apple-in mövqeyini gücləndirəcək olan smartfonun bazar qiyməti 399 dollardan başlayacaq. Təbii ki, bütün bunlar sadəcə şayiələrdir, bununla bağlı şirkətin rəsmi bir açıqlaması yoxdur.