Populyar mesajlaşma tətbiqi olan WhatsApp Android mağazası Google Play-də 5 milyard dəfə yüklənib. Və bu rəqəmə çatan ikinci tətbiq olub.


Facemark.az xəbər verir ki, yeni funksiyaları ilə platformanı daim yeniləyən WhatsApp aylıq 1,5 milyard aktiv istifadəçiyə malikdir.


Bildirək ki, Andorid mağazasında 5 milyard dəfə yüklməni geridə buraxan platforma Google-un tətbiqləri xaricində bu qədər yükləməyə çatan ikinci tətbiq mövqeyinə çatıb. Siyahının əvvəlində isə Facebook yer alır.


Ekspertlər isə deyir ki, WhatsApp-ın 5 milyarddan çox yüklənməsi tətbiqin populyarlığı ilə bağlıdır. Amma Google tətbiqləri Android cihazlarına öncədən yüklənmiş halda gəlir, bu isə WhatsApp-ın real uğurunu daha dəqiq izah edir. Tətbiq bəzi Samsung cihazlara sə öncədən yüklənmiş halda gəlir ki, bu isə WhatsApp-ın belə rəqəmə çatmasına təsir edən amillərdən biridir.