iOS əməliyyat sistemində Ultra Wideband çipini söndürmək mümkün olacaq.


Facemark.az xəbər verir ki, bu haqda Mashable portalı yazıb.


2019-cu ilin sonunda məlum olmuşdu ki, iPhone 11 və iPhone 11 Pro-da GPS modulu mövcuddur ki, bu da istifadəçilərin yer bildirimi haqqında informasiyaları toplayır. Hətta bu istifadəçinin geolokasiya xidmətini söndürməsinə rəğmən baş verirdi. Eksperlər isə deyir ki, buna görə də, iPhone 8-də belə bir problem yox idi.


Bununla bağlı isə Apple açıqlamasında isə demişdi ki, onlar istifadəçilərin yer bildirimləri haqqında məlumatı toplamırlar: “Bu informasiyalar sadəcə qurğuda saxlanılır”, - deyə əlavə etmişdilər.


İndi isə iPhone-un tənzimləmələrində bu funksiyanı aktivləşdirmək ilə bağlı yeni funksiya görünməyə başlayıb.