Striminq xidməti Netflix 2019-cu ilin dördüncü rübündə marketinq xərcləri 879 milyon dollar olub. Bu isə 2018-ci ilin iyul-sentyabr dövründə xərclədiyi vəsaitdən 325 milyon dollar çoxdur.


Facemark.az xəbər verir ki, The Drum nəşrinin yazdığına görə, 2019-cu il ərzində marketinq xərcləri isə 2,65 milyard dollar olub. 2018-ci ildə isə bu göstərici 2,37 milyard dollar idi.


Amerikanın xidməti olan Netflix 2019-cu ilin son üç ayında xarici bazarlarda 499 milyon dollar, 2018-ci ildə isə 1,59 milyard dollar itirib.


Beynəlxalq bazarda rəqabətin artması fonunda striminq xidmət inkişafa daha çox pul ayırmağa qərar verib. Bu Disney və Apple-ın öz videoplatformalarını inkişaf etdirməsi və abunəçilərinə daha aşağı qiymət təklifi ilə bağlıdır. Bundan başqa, ekspertlər deyir ki, xərclərin artması şirkətin xarici bazarlarda möhkəmlənmək istəyi ilə də bağlı ola bilər.


Ötən ilin dördüncü rübündə kompaniya abunəçilərini sayını 8,8 milyon nəfər artırdı. Bunun 8,3 milyon nəfərini isə Şimali Amerikadan olan abunəçilər təşkil edib.


Netflix-dən isə təsdiq edirlər ki, ABŞ və Kanada bazarında qiymət dəyişkənliyi və rəqabətin gücləndirilməsi şərt olub. Ancaq bildirilir ki, beynəlxalq bazarlarda başqa video platformalar ilə olan rəqabət azaldılıb.


Netflix-dən isə proqnoz edirlər ki, 2020-ci ilin birinci üç ayında şirkətin abunəçilərinin sayı 7 milyon qlobal artım göstərəcək. 2019-cu ilin anaoloji dövrü üçün şirkətin proqnozu isə 9,6 milyon nəfər idi. Belə bir gözlənti isə ABŞ-da abunəçilərin sayında artımın yavaşılaması ilə bağlıdır.


Qeyd edək ki, daha əvvəl isə analitiklər proqnoz edirdilər ki, şirkət 2020-ci ildə 4 milyon abunəçisini itirəcək. Ekspertlər isə deyirdilər ki, buna səbəb onun rəqiblərinin daha aşağı qiymət təklifi ilə bağlı olacaq. Məsələn, Netflix-də aylıq abunə haqqı 9-16 dollar arasında dəyişir, Disney+, Apple+, Hulu-da isə daha aşağıdır- 5 dollardan-7 dollaradək.