Tinder kompaniyası öz əlavəsinə təhlükəsizlik ilə bağlı funksiyalar əlavə edir. Kompaniya əlavəyə alarm düyməsi əlavə edir. Belə ki, əgər görüş istifadəçiyə arzu edilməyən görünəcəksə, ən əsası həyatı üçün təhlükə yaradacaqsa, bu halda polisi çağıra biləcək. Tinder kompaniyası istifadəçilərinin təhlükəsizliyinin qayğısına qalmağa qərar verib. Belə ki, şirkət, istifadəçilərin həm onlayn, həm də offlayn təhlükəsizliyi üçün yeni funksiyanı işə salır.


Facemark.az xəbər verir ki, bu haqda Buzzfeed nəşri yazıb.


Yaxın zamanda Tinder-də alarm düyməsi meydana çıxacaq. Onun vasitəsilə istifadəçi görüş ərzində təhlükədə olduğunu xəbər verə biləcək.


Bu istiqamətdə şirkət səylərini Noonlight xidməti ilə birləşdirəcək.


“Noonlight siz tək olduqda, yaxud ilk dəfə biri ilə görüşdüyünüzdə səssiz cangüdən rolunu oynayır. İndi isə Tinder-ə inteqrasiya olmağımız görüş ərzində dəstək kimi istifadə edilə bilər ki, bu da xoşagəlməz halların qarşısını almağa və istifadəçilərin təhlükəsiz şəkildə bir-biri ilə görüşməsinə kömək olacaq”,- deyə Noonlight-ın həmtəsisçisi və şirkətin baş icraçı direktoru Britani LeKomt deyib.


Bundan başqa, əlavədə əvvəlcədən görüşün yeri və vaxtı haqqında məlumat ötürmək mümkün olacaq. Təhlükə anında isə polisə müraciət etmək üçün olan düyməni işə salmaq lazım olacaq.


Əgər istifadəçi Noonlight-da alarm düyməsini basdıqda, ona kodu daxil etmək üçün sorğu gələcək. Əgər istifadəçiyə kod daxil olmadıqda isə, dispetçer ona mətnlə mesaj göndərəcək. Əgər o da cavabsız qalacaqsa, bu halda dispetçer hüquq mühafizə orqanlarına müraciət etməlidir.


Bildirək ki, yeni funksiya yanvarın 28-də platformada çıxacaq.


Xatırladaq ki, son 10 ildə tanışlıq saytından istifadə nəticəsində 157 zorakılıq hadisəsi baş verib. Eyni zamanda qurbanlar, əsasən qadınlar öz “yarları” ilə Match Group-a daxil olan tətbiqlər üzərindən tanış olublar.


Daha sonra isə şirkətin nümayəndəsi əlavə etmişdi ki, xidmətlərimizdən istifadə edən on milyonlarla insanı 157 xoşagəlməz hadisə ilə müqayisə etmək çətindir.


Əlavə edək ki, Match Group-a Tinder-dən başqa, OkCupid, PlentyOfFish, Hinge və Match.com kimi platformalar da daxildir.