bazar ertəsi, 3 avqust 2020

“White Square” 2020-də lokal agentliklər də iştirak edə biləcək: Professionallığınızı sübut edin!

666

15-17 Aprel 2020-ci ildə Minsk şəhərində 12-ci Beynəlxalq marketinq və reklam festivalı - “White Square” keçiriləcək. Festival Avropanın kommunikasiya sənayesində ən iri kreativ festivallardan biridir.

Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, festival hər il haqlı olaraq yaradıcılıq festivalını açıq elan edir.

“White Square” 1000-dən çox müsabiqə işləri yığır. Burada dünyanın 30-dan çox ölkəsindən 700-dan çox nümayəndə iştirak edir. Festival Baltikyanı ölkələr, Qərb Avropa, Asiyanın il üzrə ən yaxşı kommunikasya trendlərini müəyyən edir.

Media tərəfdaşı olduğumuz festivalın təşkilatçılarından verilən məlumata görə, bu il festivalda iri reklam agentlikləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən lokal-yerli agentliklər də iştirak edə bilər. Belə ki, onlar kommunikasiya sənayesində özlərinin professionallığını və yaradıcılıqda ustalıqlarını sübut edə bilərlər.

Yanvarın 31-də müsabiqə işlərini qəbul etmək üçün ən erkən və ən sərfəli mərhələ başa çatacaq. 10 gün daha isə bütün kateqoriyalar üzrə festivala göndərilən müsabiqə işləri üçün qiymətlər 10% aşağı olacaq.

Müsabiqə işlərini adfest.by saytı üzərindən onlayn yükləmək mümkündür. TIMETOWIN! isə festivalın builki şüarıdır.

Xatırladaq ki, bu il festivalda 7 kateqoriya üzrə işlər qiymətləndiriləcək. Creative, Branding, Marketing, Digital, CreativeEffectiveness, Media, ChangeforGood. İşlər isə 6 beynəlxalq jüri tərəfindən qiymətləndiriləcək.

Hazırki məlumata görə, festivalda Belaus, Rusiya, Ukrayna, Almaniya, İtaliya, Portuqaliya, Fransa, Belçika, İsveç, Niderland, Çexiya, Ruminiya, Macarıstan, Estoniya, Litva, Latviya, Ermənistan, BƏƏ-də daxil olmaqla 45-dən çox eskpertin iştirakı təsdiqlənib. Belə ki, həmin ekspertlər Cannes Lions festivalının qızıl mükafatçıları və adıçəkilən festivalda ekspert təcrübəsinə malikdirlər.

Festivalın Qran-prisi isə ənənəvi olaraq, festivalın yüksək münsiflər heyəti tərəfindən seçiləcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün