Cümə günü, 24 yanvardan bu yana fast-food restoranları şəbəkəsi McDonald's Çinin beş şəhərində olan restoranlarının fəaliyyətini dayandırıb.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda yerli şəbəkənin rəsmi saytında məlumat verilib.


Uxan, Eçjoy, Xuanqan, Çyançzyan, Santyao şəhərindəki bu müəssisələr Xubey əyalətində yerləşir. Buna baxmayaraq işçilər əmək haqqlarını tam olaraq alacaqlar.


Restoranlar şəbəkəsi digər restoranlarında isə təhlükəsizlik tədbirlərini gücləndirib. Məsələn, işçilərin sağlamlığına gündəlik olaraq nəzarət edilir, əgər onlarda tənəffüs xəstəliyi və temperaturun yüksəlməsi əlamətləri varsa, həmin əməkdaş evə yola salınır.


Restoran sahəsi virusa görə dezinfeksiya edilir və birbaşa yemək hazırlayan şəxslər isə mütəmadi olaraq gigiyenik qaydalara tam əməl etməli və əlçək və maskadan istifadə etməsi tələb edilir.


Bildirilir ki, şirkət, həmçinin Uxan şəhərindəki xeyriyyə təşkilatına epidemiya ilə mübarizə üçün 1 milyon yuan pul ayırıb.


McDonald's ölkədə epidemiyanın baş qaldırmasından sonra, müəssisələrini bağlayan ilk brend deyil. Belə bir addımı, həmçinin Uniqlo geyim mağazalar şəbəkəsini idarə edən Fast Retailing şirkətinin rəhbərliyi də atıb. Ötən şənbə günündən isə yerli Disneyland virusun Şanxay şəhərində də yayılmasının qarşısını almaq üçün işləri dayandırıb. Bundan başqa, Çin hakimiyyəti Böyük Çin Səddinin bir hissəsini turistlər üçün bağlayıb.


Xatırlatmaq yerinə düşər ki, koronovirusun yeni növü olan 2019-nCoV ilk dəfə Uxan şəhərində 2019-cu ilin dekabrın sonunda meydana gəlib. Son olan məlumata görə, bu tip virusa yoluxanlar daha da inkişaf edən sətəlcəmdən 26 nəfər ölüb, ümumilikdə isə virusa 800 nəfər yoluxub. Xəstəlik ilə bağlı halların Yaponiya, Sinqapur, Tayland, Cənubi Koreya, ABŞ-da da aşkar edildiyi bildirilib.