Tesla elektrik mühərrikli nəqliyyat vasitələrinin rekord çatdırılmasına ilə gəlirlərinin 2%-lik artımını elan edib.


Tesla 2019-cu ilin IV rübündə müştərilərinə 112 000-dən çox yeni elektrik mühərrikli avtomobil çatdırıb, bu isə şirkət üçün rekord say hesab edilir.


Facemark.az xəbər verir ki, 2018-ci il ilə müqayisədə çatdırılmalar 23% artım göstərib, bu isə şirkətin gəlirini 2%, 7,38 milyard dollara qədər artırıb. Bu haqda şirkətin dərc edilən hesabatında məlumat verilib.


Şirkətdən deyiblər ki, 2019-cu il Tesla üçün dönüş nöqtəsi olub. Burada böyüməyə olan gələcək ümid, Model 3 elektrik mühərrikli avtomobillərinə olan yüksək tələb və Şanxay şəhərində zavodun inşası ilə bağlıdır.


Xatırlatmaq yerinə düşər ki, Tesla Çində ildə 500 000 elektrik mühərrikli avtomobil istehsal edəcək gücə sahib zavod inşa edir. Ötən il isə şirkər ümumilikdə 360 000 avtomobil istehsal edib.


Avtomobil istehsalçısı, həmçinin bəyan edib ki, kompaniyanın xalis mənfəəti adıçəkilən dövrdə 105 milyon dollara qədər düşüb. (Öncəki il isə 140 milyon dollar idi, zərər isə 862 milyon dollar)


The Wall Street Journal-ın isə yazdığına görə, kompaniya ilə bağlı gözləntilər Uoll-strit analitiklərinin proqnozlarını üstələyib. Tesla-ya görə, səhm üzrə şirkətin gəliri 2,14 dollar olub. FactSet analitikləri isə 1,77 dollar proqnoz etmişdilər. Onların qiymətləndirməsinə görə, isə satışlar 6,99 milyard dollar olub.


2019-cu ilin III rübündə də Tesla-nın göstəriciləri gözləntiləri üstələmişdi. Belə ki, kompaniyanın xalis mənfəəti 143 milyon dollar təşkil etmişdi. Bloomberg isə yazır ki, bu 2019-cu ilin noyabrından bəri şirkətin səhmlərinin ikiqat artımına səbəb oldu.


Agentlik yanvarın 22-də bəyan etdi ki, Tesla-nın kapitalizasiyası maksimum rekorda çatıb-100,1 milyard dollar, bu isə Volkswagen-in kapitalizasiyasına yaxınlaşır deməkdir - 100,6 milyard dollar.