Keçən il ərzində kompaniyanın baza satışları deflyasiyaya görə, təkcə Avropada azalıb, qalan regionlarda isə artım müşahidə edilib.


Unilever kompaniyası 2019-cu il üçün qlobal maliyyə hesabatını açıqlayıb.


Facemark.az xəbər verir ki, FMCG istehsalçısının xalis mənfəəti il ərzində 6 milyard avro təşkil edib, 2018-ci il ilə müqayisədə azalma isə 3,8 milyard avro təşkil edib.


- Şirkətin dövriyyəsi 2019-cu ildə qlobal bazarda 2% artaraq 52 milyard avroya çatıb.


- Baza satış artımı 2,9% olub. Bu onunla bağlı idi ki, inkişaf etməkdə olan bazarlarda tələb var idi, eyni zamanda evə qulluq vasitələrinin populyarlığı artmışdı. Ancaq dördüncü rübdə yavaşılama ilə bağlı olaraq bu rəqəm ilin əvvvəlində gözləniləndən bir qədər aşağı idi.


- Kompaniyanın satışları ötən il ancaq Avropa bazarında azalıb. Burada göstəricilər 0,6% azalıb və 11,4 milyard avroya çatıb. Hesabatda qeyd edilir ki, bu Böyük Britaniya, Fransanın da daxil olduğu pərakəndə bazarlarında çətin deflyasiya situasiyası ilə əlaqədar olub. Regionda ikinci ildir ki, davam edən istilərə görə, satışlardakı əsas drayver rolunu yenə də dondurma tutub.


- Ən yüksək dinamika isə Asiya/AMET/RUB regionunda (Rusiya, Ukrayna, Belarus) müşahidə edilib. Burada satışlar 5% artaraq 24,1 milyard avroya yüksəlib. Şimali Amerikada və Cənubi Amerikada isə göstəricilər 2,4% artaraq 16,5 milyard avroya yüksəlib. Bütövlükdə inkişaf etmiş bazarlarda satışlar üzrə baza artımı 5,3% təşkil edib. Baxmayaraq ki, Qərbi Afrikada, Cənubi Asiyada ləngimənin artası və Yaxın Şərqdəki azalma olub.


- Bütün kateqoriyalar arasında qlobal səviyyədə ən yüksək tələb isə ev üçün lazım olan vasitələrə olub. Belə mallara olan tələb 6,1% artıb, dövriyyə isə 10,8 milyard avroya çatıb. Müsbət dinamika isə Çin və Braziliyada daha populyar olan və tələbin yüksək olduğu yuyucu vasitələrinə olub. Gözəllik və şəxsi qulluq seqmenti və yemək və istirahət üzrə satışlar 2,6% və 1,5% artım göstərib. Müvafiq olaraq dövriyyə 21,9 milyard avro və 19,3 milyard avro təşkil edib. Unilever ağız boşluğu üçün lazım olan vasitələrin və Rexona və Dove məhsullarına olan yüksək tələbi də qeyd edib. Unilever-in ərzaq seqmenti üçün əsas populyar olanlar isə veqan və bitki məhsulları üzrə olub.


- Unilever-in baş icraçı direktoru Alan Coul isə deyir ki, 2020-ci ilin ilk yarımilliyində satışlar daha az artacaq cəmi 3%, daha sonra isə artım 3-5% təşkil edəcək.