Müğənni Cenifer Lopes və Şakiranın Amerikan futbolunun çempionatlıq üzrə final matçındakı çıxışları şəbəkədə istifadəçilərin mübahisəsinə səbəb olub.


Facemark.az xəbər verir ki, Mirror nəşri yazır ki, istifadəçilər deyib ki, onlar bu oyuna öz ailəsi və uşaqları ilə birlikdə baxırlar, amma müğənnilərin təqdimatı zamanı olan kadrlar və onların hərəkətlərini operatorlar iri planda ekranlara yansıdıblar.


“İstifadəçilərdən biri yazıb ki, şou demək olar ki, striptiz və vulqar elementlər ilə bəzədilmişdi. Düşünürəm ki, bu şəkildə olan şou bazar günü ailə ilə birlikdə izləmək üçün deyil”.


Bir başqa müzakirədə isə sosial şəbəkə istifadəçisi deyib ki, “Mən Ceniffer Lopes və Şakiranı sevirəm, amma bu rəqslər Super Bowl üçün deyildi.


Amma əlavə etmək yerinə düşər ki, istifadəçilərin əksəriyyəti isə pop-ulduzların şoularını Super Bowl tarixində olan ən gözəllərindən biridir deyiblər.


“Məni Şakira və onun ərəb köklərinə olan bağlılığı heyran edir. Onların hər ikisi də bu gün səhnəni sözün əsl mənasında yandırdı. Onlardan birinin 43, digərinin isə 50 yaşı var. Amma onların çıxışlarına valeh olmamaq olmazdı. Məni Amerika futbol matçı ilə bağlı bir şouda eyni anda latın amerika və ərəb rəqslərini fərqliliyi görmək heyran etdi”, - deyə @SuperWeirdThing bildirib.


@Hi72056625 isə deyib ki, siz bu gün hamını vurdunuz.


Qeyd edək ki, ilin əsas idman şousu bu bazar Mayami (ABŞ) da olub. Amerika milli çempionatlığın finalında San Francisco 49ers və Kansas City Chiefs komandaları qarşılaşıb.