Fransada sürücülərin tıxac zamanı reaksiyaları və onların avtomobil ilə əlaqəsini araşdıran ictimai rəy sorğusu keçirilib.


Sorğu nəticəsində, Audi nəqliyyat vasitələrindən istifadə edən sürücülərin 35 faizi tez-tez qəzəbləndiklərini bildirdilər.


Sürücülərin qəzəblənməsinin səbəbləri arasında 69 faizi yol hərəkəti qaydalarına əməl olunmaması, həmçinin ölkənin cənubunda yaşayanların, şimalda yaşayanlara nisbətən nəqliyyatda daha qəzəbli olduğu aşkar edildi.


Fransada Atomik Araşdırma şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə görə, nəqliyyatda ən çox əsəbləşən sürücülər Audi markasını idarə edən sürücülər idi və Audi markasını istifadə edən sürücülərin 35 faizi tez-tez tıxacda qəzəbləndiklərini bildirdilər. KIA da eyni nisbətlə Audi sürücülərini izləyir. Tıxacda ən çox qəzəblənən insanların siyahısının başında Alman markalarına üstünlük verənlər var. BMW və Mercedes istifadəçiləri 31 faizlə Audi və KIA-nı izləyir. Araşdırmaya görə, ən az qıcıqlanan sürücülər 18 faiz ilə Peugeot, 11 faiz ilə Nissan və Toyota oldu.


Sürücüləri ən çox yol hərəkəti qaydalarına əməl etməyənlər əsəbləşdirir.





Sürücülərin əsəbləşmə səbəbləri arasında isə ilk sırada 69 faiz ilə yol hərəkəti qaydalarına əməl etməyənlər yer tutur. 38 faiz ilə nəqliyyat sıxlığı siyahını izləyir. Sürücüləri əsəbləşdirən ikinci bir nüans isə, 37% ilə naşı sürücülər və sürət həddini aşanlar olub. Digər bir nüans isə 32% ilə avtomobil çox yavaş idarə edənlərə qarşı olub.



Tədqiqat, həmçinin ölkənin cənubunda yaşayanların şimalda yaşayanlardan daha çox əsəbləşdiklərini sübut edib.


Başqa bir maraqlı məqam isə o oldu ki, sorğu iştirakçılarının 65 faizi yaşlıların təkrar testdən keçməsini müdafiə ediblər.


Sürücülər sükanda olan zaman qəzəblərini öz-özünə danışmaq, 28% ilə yalnız dan


Sürücülərin sükanda olarkən qəzəblərini ilk növbədə "öz-özünə danışmaqla", ikinci sırada 28% ilə təkcə danışmaqla, 19%-i vulqar sözlərdən istifadə etməklə, 15% ilə isə siqnal çalmaqla ifadə edirlər.