2012-ci ildə Facebook kompaniyası tərəfindən alınan Instagram sosial şəbəkəsi 2019-cu il ərzində əldə etdiyi gəlirlər ana şirkətin bütün gəlirlərinin ¼-i təşkil edir.


Facemark.az xəbər verir ki, bu haqda Blooomberg anonim mənbəyə istinadən yazıb.


Bildirilib ki, 2019-cu ildə fotoların mübadiləsi platforması olan Instagram Facebook kompaniyasına nə az nə çox, düz 20 milyard dollar qazandırıb. Müqayisə üçün deyək ki, Alphabet şirkətinə daxil olan YouTube-un reklamdan qazancı isə 15,1 milyard dollar olub.


Nəşrin yazdığına görə, yüksək maliyyə nəticələri onu göstərir ki, Instagram Facebook üçün gün keçdikdə daha vacib rola malik olur.


Sonuncu dəfə 2018-ci ildə paylaşılan məlumata görə, platformanın istifadəçilərin sayı 1 milyarddan çox insana yüksəlib.


Bloomberg yazır ki, Instagram-da yeni funksiyalar yaranır və onlar yox olan stories və adi postlar üzrə reklamın satışını həyata keçirirlər. Bundan başqa, son iki ildə Facebook Instagram-da reklamın tezliyini artırıb. Buna səbəb isə şirkətin satışlarını artırmağa kömək olmaq olub.