Nestle kompaniyası Sevgililər Günü ərəfəsində ən məşhur giləmeyvə dadı - çiyələk ilə yeni şokaladı olan KitKat Senses Rose Gold Edition-ı istehsal edib.


Facemark.az xəbər verir ki, statistikaya görə, təxminən 118 milyon Rusiyalı bir-birilərinə Sevgililər Günündə hədiyyə edəcək.


Güman edilir ki, bu statistikada göstərilən rəqəmin yarısı hədiyyə qismində şokolad seçəcək. Ağ və çəhrayı tonlarda olan şokoladdan hazırlanan, çiyələk dadındakı məhsul limitli seriyada buraxılacaq. Yeni məhdulun qablaşdırılmasını isə Depot ərsəyə gətirib.


Yeni dadın bazara çıxarılması ilə bağlı olaraq isə şirkət qız və oyuncaq ayının təsvir edildiyi reklam çarxı çəkib. Çarxın qəhrəmanı hədiyyə kimi oyuncaq ayı almaq istəyir, amma hədəfinə çatmır.


Yeni məhsulu baton və ya pletka formasında almaq olar.