Twitter sosial şəbəkəsi ilk dəfə rüblük gəlirin 1 milyard dollarla qədər yüksəldiyini elan edib. Bu analitiklərin gözləntilərini aşıb, kompaniyanın səhmləri isə 8%-lik artım göstərib.


Facemark.az xəbər verir ki, şirkətin rüblük gəliri ötən illə müqayisədə 11% artaraq 1,01 milyard dollara çatıb. Reklamdan ümumi gəlirlər isə 12% artaraq 885 milyon dollara yüksəlib.


Məlumatların lisenziyasından və digər xidmətlər üzrə isə gəlirlər 5% artaraq 123 milyon dollara çatıb. Şirkətin xalis mənfəəti 2018-ci ilin dörüdüncü rübündə 255 milyon dollar olsa da, 2019-cu ilin analoji dövründə bu rəqəm 119 milyon dollara düşüb. Kompaniyanın xalis mənfəəti gözləntilərin xeyli altında qalıb.


Monetizasiya olunan gündəlik aktiv istifadəçilərin sayı isə IV rübdə 152 milyona çatıb. İl ərzində onların sayı 26 milyon artıb, reklamın ümumi göstəricilərin sayı isə 29% artım göstərib.


Qeyd etmək yerinə düşər ki, sosial şəbəkə aktiv şəkildə etibarlı olmayan informasiyalar üzrə mübarizəni davam etdirir. Beləliklə, şirkət seçim vasitələrini inkişaf etdirir. Noyabrda isə platforma artan təzyiqlərin fonunda platformada siyasi reklamları, eyni zamanda dövlət KİV-lərinə reklamların yerləşdirilməsini qadağan etdi.