İstehlak mallarının istehlakçısı Procter & Gamble reklam xərclərini 4%-6,8 milyard dollara qədər azaldıb.


Facemark.az xəbər verir ki, bu haqda korporasiyanın ötən ilki maliyyə hesabatında məlumat verilib. Bu 2014-cü ildəki (7,9 milyard dollar) göstəricidən də ən aşağısı hesab olunur.


Procter & Gamble-nin milyard dollar ilə reklam xərcləri



FMCG nəhəngi marketinq işlərini inhous agentliklərə ötürməyə davam edir. 2019-cu ildə şirkətin xalis mənfəəti 9,9 milyard dollardan 4 milyarda qədər enib. Bu dövrdə şirkətin qlobal xalis satışları artıb. Qlobal artım isə cəmi 1% artaraq 66,8 milyard dollardan, 67,7 milyard dollara qədər yüksəlib. 30 iyun 2019-cu il, satışlarda əsas drayver rolunu ev üçün məhsullar tutub və satışların 33%-ni təşkil edib. Müştərilərin ən çox tələbat duyduğu digər məhsullar isə uşaqlar üçün mallar və gigiyenik məhsullar (27%) olub, həmçinin byuti-məhsullar (19%) olub.


2019-cu ilin ikinci rübündə Procter & Gamble 5 milyard dollarlıq zərər açıqlayıb. Şirkətin zərərinə səbəb isə Gillette biznesinin dəyərinin 8 milyard dollara qədər düşməsi olub. Ötən ilin ortasında kişilər davamlı olaraq üzü təraş etməyi dayandırıb bu isə brendin satışlarının mütəmadi olaraq düşməsinə gətirib çıxarıb.


Qeyd edək ki, son illərə qədər FMCG nəhəngi reklama xərclədiyi gəlirlərin həcminə görə lider mövqeyində idi. Belə ki, son məlumata görə, 2019-cu ildə dünyanın ən böyük reklamverən şirkəti Amazon olub. Belə ki, onun reklam xərcləri 34% artaraq 11 milyard dollara yüksəlib, bu isə şirkətin qlobal xərclərinin 2%-ni təşkil edir.


AdAge, versiyasına görə isə Procter & Gamble hələ də reklamverənlərin reytinqində birinci yerdə qərarlaşıb.