cümə, 21 fevral 2020

Burger King-dən Sevgililər Günü ilə bağlı – YENİ KAMPANİYA

156

Burger King ABŞ-da Anti-Sevgililər günü adlı kampaniyasında köhnə sevgilisinin fotolarını restoran şöbələrinə gətirənlərə pulsuz Whopper verəcək.

Burger King bu il qeyri-adi Sevgililər Günü kampaniyası ilə gündəmə gəlir.

Facemark.az xəbər verir ki, bu özəl günün temasını tərsinə çevirən fast food markası Anti-Sevgililər Günü kampaniyasını həyata keçirəcək. Köhnə sevgililərə aid fotoların qril atəşində yanıb kül olacağı kampaniyanın mövzusuisə ötən həftə vizyona girən
Harley Quinn xarakterinin yer aldığı Birds of Prey (And the Fantabulous Emancipation of One Harley Quinn) filmindən gəlir.

Burger King, Sevgililər Gününü Harley Quinn təzində qeyd edir.

Köhnə sevgililərinin fotolarını gətirənə pulsuz Whopper

MullenLowe U.S. imzalı kampaniyada Nyu York, Los Anceles, San Fransisko, Bostondakı seçilmiş Burger King şöbələrindəki Ayrılıq Qutularına (Breakup Boxes) köhnə sevgililərinin fotolarını gətirən müştərilər pulsuz Whopper qazanacaq. Köhnə sevgililərinin fotolarını tapmayanlar üçün də həll yolu var. Bəzi şöbələrdə fotolara əlavə olaraq köhnə sevgilinin geyimləri və vermiş olduğu hədiyyələr də qutulara atılacaq.

Bundan başqa, Warner Bros. Pictures-ın yeni filmi Birds of Prey ilə əməkdaşlıq edən Burger King, Nyu Yorkda yer alan bir şöbəsini Harley Quinn tərzində dizayn edib. Hamamından şüşələrinə qədər məkanın hər yerində
Harley Quinn-in tərzi hiss edilir. Şöbənin fotosunu paylaşan marka “Kral var ikən Jokeri kim nə etsin” sözləri ilə Jokerə salam göndərir.

Burger King, Ayrılıq Qutularının olduğu şöbələrə yaxın olmayanlar üçün isə platforma üzərindən bir imtahan həyata keçirəcək. Beş sualdan dördünü doğru cavablayan istifadəçilər 3 dollara Whopper yemə şansı qazanacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün