Nike-ın özəl Vaporfly modellərindən biri ətrafında yaranan müzakirələr World Athletics-in idman ayaqqabsı ilə bağlı təlimatlarını yenilənməsi ilə nəticələndi.


İdman ayaqqabılarının dizaynı və texnologiyası o qədər inkişaf etdi ki, istifadə edən şəxsin performansında böyük rol oynayır.


Bu vəziyyətlə əlaqədar olaraq World Athletics texnoloji doping təsirini və haqsız rəqabətin qarşısını almaq üçün təlimatlarında bəzi dəyişikliyə getməli oldu. Xüsusilə müşahidə edilib ki, bəzi idmançılar üçün özəl olaraq yaradılan prototip ayaqqabılar böyük vaxt fərqləri yaradır. Nike-ın Vaporfly seriyasından olan ayaqqabı bu müzakirələrin mərkəzində idi.


Facemark.az xəbər verir ki, Guardianın xəbərinə görə, dünya marafonundakı 3 podyum pozisiyasından 31-i bu bu Vaporfly modelini geyinən elit idmançılar tərəfindən qazanılıb.


Texnoloji dopinqə qarşı tədbir


Bütün bu müzakirələrin nəticəsində World Athletics-in iyulda reallaşacaq Tokio 2020 Olimpiyadaları öncəsində yarışlarda geyinilən idman ayaqqabıları ilə bağlı təlimatları müvəqqəti olaraq yenilənməsi ilə nəticələndi. Artıq dabanları 40 mm-dən daha qalın olan ayaqqabılar və dabanlarında birdən çox karbon fiber təbəqə və bənzər qatlar əlavə edilən ayaqqabılar yarışlarda istifadə edilə bilməyəcək.



Dabanı çox qatlı təbəqədən olan modellərdən Nike ZoomX Vaporfly NEXT% detallı görünüşü yuxarıdakı fotodadır.


Bu Vaporfly modeli, son qaydalara uyğun deyilmiş kimi görünsə də, World Athletics-dən təsdiq alıb. Bu isə müzakirələri daha da alovlandırıb.


World Athletics-in digər Vaporfly modellərini təsdiq etməsi müzakirələri qızışdırıb


Qaydalardakı dəyişikliyə görə, Kenyalı uzun məsafə qaçışcısı Eliud Kipchoge tərəfindən istifadə edilən və 2019 London Marafonunun çempionu Brigid Kosgeinin rekord qıran zaman istifadə etdiyi özəl Vaporfly modeli qadağa edilib. Bu modelin qaydalara zidd olaraq dabanında 3 karbon fiber təbəqə var. Versiyaya görə, qaçışçıların performansında bu ayaqqabılar 25% müsbət təsir göstərir.


Xəbərin giriş qısmində də qeyd etdiyimiz kimi bu çeşidli haqsız rəqabət müzakirələrini də hədəf nöqtəsinə çevirib. Ancaq necə olursa, World Athletics Nikeın Vaporfly seriyasından olan digər ayqqabılarını (Nike ZoomX Vaporfly NEXT% və Zoom Vaporfly% 4 daxil) təsdiqləyib.


The Guardian World Athletics-in bu fərqli qərarını ələ aldığı xəbərdə deyib ki, Nike ZoomX Vaporfly NEXT% qaçışçılara təxminən 1-2 dəqiqə vaxt üstünlüyü qazandırır və texnoloji doping təsiri yaradır. Ancaq necə olursa, bu ayaqqabı da təsdiq alanlar arasındadır.


Yeni qaydalara görə, elit idmançının yarşlarda geyinəcəyi ayaqqabı ən azı dörd ay açıq bazarda satışda olmalıdır.