2019-cu ildə Apple Watch dünya miqyasında göndərilən mal miqdarı baxımından bütün İsveçrə saat markalarından daha yaxşı performans göstərib.


Facemark.az-ın məlumatına görə, bu haqda CNBC nəşri Strategy Analytics-in məlumatlarına istinadən yazıb.


Apple korporasiyası il ərzində 30,7 milyon ədəd smart saatlar satıb, bütün İsveçrə saatlarının ötən il ərzində satışları isə cəmi 21,1 milyon ədəd olub.


Strategy Analytics:


Ənənəvi ələ taxılan saatlar yaşlı müştərilər arasında populyardır, amma gənclər isə ağıllı saatlara və kompüterləşdirilmiş ələ taxılan saatlara üstünlük verirlər.


Apple-ın geyinilə bilən məhsul kateqoriyasında təkcə saatlar deyil, naqilsiz qulaqcıqları da stabil şəkildə artım göstərir.


Dekabr rübündə bu sahə 10 milyard dollardan çox xalis satış gətirdi, bu isə bir öncəki il ilə müqayisədə 27% daha çox idi.


İsveçrənin saat sənayesi üzrə federasiyası isə açıqlayıb ki, 2019-cu ildə onlar 20,6 milyon saat ixrac ediblər. Ancaq bu məlumatlar daxili bazar göstəricilərini ehtiva etmir, buna görə də sektor ilə bağlı Strategy Analytics məlumatları daha yüksəkdir. İsveçrə saat ixracı 2019-cu ildə 13% azalma göstərib.


Apple-ın birinci ağıllı saatı 2014-cü ildə təqdim edilib. 6 il keçməsinə baxmayaraq o şirkətin əsas məhsullarından birinə çevrilib. Bu cür cihazların ortaya çıxmasına görə, İsveçrə saat bazarının risk altında olduğuna daha çox inanılır.


Texnologiya oyunçularının təzyiqinə davam gətirmək üçün ənənəvi İsveçrə saat istehsalçıları şəxsi ağıllı saat istehsalına başlayıblar. Məsələn, Tag Heuer 180 000 dollar dəyərində model də daxil olmaqla bir sıra modelləri bazara buraxıb.