facemark.az-ın media təşkilatçısı olduğu Aprelin 15-17-də Minsk şəhərində beynəlxalq reklam festivalı White Square keçiriləcək. Son illər festival; Avropanın kreativ hubı adlandırırlar.


Jüri heyəti


Edson Athayde, CEO və kreativ direktor FCB Lisboa, Portuqaliya
Mischa Schreuder, kreativ direktor Publicis Amsterdam, Niderland;
Vidya Manmohan, icraçı kreativ direktor GREY Dubai, BƏƏ;
Tristan Daltroff, кreativ direktor Buzzman, Fransa,
Hanna Stenwall, aparıcı kopirayter Nord DDB, İsveç,
Tseliso Rangaka, icraçı kreativ direktor Ogilvy SA, Cənubi Afrika;
Kenn Van Lijsebeth, kreator / PR TBWA \ Brussels, Belçika;
Ioana Zamfir, kreativ direktor MRM//Mccann Romania,
Julia Dovlatova, icraçı kreativ direktor Geometry Prague, Çexiya
Eric Schoeffler, icraçı kreativ direktor Havas Germany, Almaniya və digərləri



Təşkilatçılardan facemark.az-a verilən məlumata görə, Festival-Şərqi Avropanın ən iri reklam tədbirlərindən biridir. Bir qayda olaraq Rusiyanın peşəkar dairələrində yaxşı rəylər alır. Çoxları deyir ki, festivalın jüri heyəti işləri qiymətləndirən zaman ədalətli qərar qəbul edir, festivalın təşkilatçılığı yüksək səviyyədə olur. Festival beynəlxalq agentliklər kimi, lokal agentliklər, reklam, kommunikasiya, marketinq, media agentlikləri, digital, dizayn studiyaları, digər şirkətlər və sektorda çalışan fərqli müəlliflər iştirak edə bilmək imkanı tanıyır.


Festivalın proqramı ənənəvi stili qorumaq və yeni trendləri əlavə etməklə hər il modernləşdirilir. Müsabiqə işləri festivalın saytı adfest.by üzərindən 27 marta qədər qəbul ediləcək. 28 fevrala qədər isə təşkilatçılar daha uyğun xidmət şərtlərini qoruyacaqlar.



İşlər 7 kateqoriya üzrə qəbul edilir:


CREATIVE: Film, Print, Radio & Audio, Outdoor, Integrated, Branded Content and Entertainment;


BRANDING: Communication Design, Packaging Design, Digital & Interactive Design;


MARKETING: Brand Experience & Activation, PR, Direct, Innovations;


CREATIVE EFFECTIVENESS;


MEDIA: Channels, Excellence in Media, Media Campaign;


DIGITAL: Digital, Mobile, Creative Data;


Sayt üzərindən ötən illərin qalib işlərinin arxivinə də baxmaq mümkündür.