Sığorta şirkəti New York Life, antik yunan dilində yer alan sevginin dörd fərqli tanıtımı üzərindən radikal və şərtsiz sevginin faydasına fokuslanır.


Facemark.az xəbər verir ki, New York Life, insanların özləri və sevdiklərinə daha yaxşı gələcək təmin etmək üçün xidmətlər təklif edir.


1845-ci ildə qurulan və mərkəzi Nyu York şəhərində yerləşən şirkət həyat sığortasından başqa, uzun müddət qulluq, təqaüd, investisiya kimi fərqli sığorta seçimləri təklif edib.


ABŞ-ın ən böyük həyat sığortası şirkətləri arasında yer alan New York Life 60 saniyəlik Super Bowl kampaniyası yayımlayıb.


Eyni zamanda, şirkətin 175 ilini qeyd edən reklam filmində Antik Yunan dilində sevginin dörd fərqli növündən bəhs edilir.


Kampaniya Anomaly tərəfindən hazırlanıb Love Takes Action adını daşıyır. Filmdə antik yunan dilindəki Philia, Storge, Eros, Agape adlı sevginin izahından danışılır.


Philia, kəliməsinə görə, fiziki təmas və ehtiras sevginin vacib bir parçası deyil, əsas olan dostluq və tanışlıqdır. Storge, Philia kəliməsinin mənasına bənzəyir. Uşaqlar, valideyn və uşaqlar arasındakı şəfqətə fokuslanan sevgi növüdur.


Eros isə Philia-nın əksinə arzunu, ehtirası ehtiva edir. Agape kəliməsi isə özündə mənfəət güdmədən insanların bir-birinə olan sevgisini izah edir.



Müştəri: New York Life


Agentlik: Anomaly


Prodakşn şirkəti: Sanctuary Content


Rejissor: Cole Webley


Musiqi: Max Richter


Səsləndirmə: Tessa Thompson