Millenium ilə bərabər, texnologiya və internetin həyatımıza daxil olması hər şeyin asanlaşmasına səbəb olub. Amma 2000-ci illərdə doğulan və böyüyən nəslin təkamülünə səbəb olub. Markalar da bu yeni nəsil üçün əzbər pozan bir mübarizəyə daxil olmaq məcburiyyətindədirlər. Yeni nəsil araşdırma və pərakəndə texnologiyalar şirkəti REM People-ya görə, Z nəsli sınamadan məhsul almır, gözləntisi çox olsa da marka sədaqəti yoxdur. Gözləntilərin əksinə olaraq, ehtiyacı yoxdursa almır, pul yığır.


REM People həmtəsisçisi və CEO-su Bülent Peker, Z nəslinin (1995-2012-ci il arasında doğulanlar) satın alma vərdişləri ilə bağlı bu məlumatları verir.


Üstünlük verdiyi ilk 5 marka


Z nəslinin dünyada ən çox üstünlük verdiyi ilk beş marka; Nike, American Eagle, Adidas, Levi’s və Under Armour-dur.


Ən çox şəxsi qulluq vasitələrinə pul xərcləyirlər


Tekstil markaları ilə yanaşı, şəxsi qulluq vasitələri və əyləncə xərcləmələri bu nəslin olmazsa olmazlarıdır. Aparılan araşdırmaya görə, son 6 ayda xərcləmələrin çox böyük bir qismini gözəllik, şəxsi qulluq vasitələri və sağlamlıq məsələləri təşkil edir.


Elektronikaya maraq göstərmirlər


Z nəsli gözləntilərin əksinə, elektronikaya maraq göstərmir. Bunun səbəbi, həm bahalı məhsullara büdcələrinin çatmaması, həm də cihazların mərkəzində olan bir dünyada doğulmalarıdır.


Məhsulu sınamadan almır


Beynəlxalq araşdırmaya görə, onların 57%-i onlayn alış-verişdən çox mağazadan alış edir. Bu məlumatlar isə göstərir ki, Z nəsli üçün mağaza içi təcrübə onlayndan daha vacibdir.


Marka sədaqəti aşağıdır


Yaşları az olsa da bu o demək deyil ki, onlar markalardan və pərakəndəçilərdən nə istədiklərini bilmirlər. Hətta digər nəsillərə görə, çox daha yüksək gözləntiləri qarşılanmayan Z nəslinin bir öncəki nəsillərə görə marka sədaqəti aşağıdır.


Sevmədiyi məhsulu tərk edir


Bir məhsul və ya xidməti aldıqları təcrübə mənfi isə o xidmət və ya məhsulu tərk etmə faizi bir öncəki nəsillərə görə daha çoxdur.


Ehtiyacı yoxdursa almır, pul yığır


Əllərinə pul keçən zaman sürətlə alış-verişə getmirlər. Birinci növbədə bu pulu maksimum faydada necə istifadə edcəklərini düşünürlər, ehtiyac olmazsa bu pulu yığmağa üstünlük verirlər.


Fenomenlərə qulaq asırlar


Onlara təsir edən ən vacib faktorlardan biri də heyran olduqları fenomenlərin tövsiyələridir. Sosial mediadan çox istifadə etmələri, onlara çatma yolunda vacib bir vasitə ola bilir.


Ətraf mühitə qarşı həssaslıqları yüksəkdir


Maraqlısı budur ki, Z nəsli markaların KSM və sosial yardım sahələrində işlərini davam etdiklərini görmək istəyir. Araşdırmada, respondentlərin 60%-i markaların ətraf mühit dostu olmasının çox vacib olduğunu düşünür, 49%-i isə sosial təsir məsələsində də eynisini deyirlər.