Fevralın 24-27-də təşkil ediləcək Mobil Dünya Konqresinə çox sayda texnologiya şirkəti koronavirusa görə qatılmayacağını açıqlayıb.


Facemark.az xəbər verir ki, koronavirius epidemiyasının təhlükə səviyyəsi hər gün artır. 1 həftə öncəki məlumata görə, 18 fərqli ölkədə virusun əlamətləri görünüb və 1000-dən çox insan vəfat edib.


Google, Apple, Facebook, Amazon vəə Microsoft kimi texnologiya şirkətlərinin atdıqları addımlar haqqında da sizə məlumat vermişdik. Koronavirusun təsiri artmağa davam edir. Texnologiya nəhəngləri isə 24-27 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək Mobil Dünya Konqresindən (MWC) tək-tək çəkilməyə başlayıblar.


Mobil Dünya Konqresində koronavirus tədbiri


Koronavirusa görə MWC 2020 konfransından çəkilənlər arasında LG, Sony, Nvidia ve Amazon kimi dünya nəhəngləri də yer alır. Yeni xəbərlər isə Intel, Vivo və MediaTek cəbhəsindən gəlib. Samsung-un da konfransda iştirak etməyəcəyi iddialar arasındadır.


Uhandan gələnlər konfransa qatıla bilməyəcək


Tədbiri təşkil edən GSMA (Mobil Operatorlar Cəmiyyəti) koronavirus epidemiyasını ciddiyyətini qəbul etdiklərini, ancaq hazırda 2800-dən çox iştirakçının olduğunu elan edib. GSMA deyib ki, onlar epidemiyaya qarşı tədbir alıblar, Çinin Uhan əyalətindən gələnlər MWC konfransında iştirak edə bilməyəcəklər.


GSMA, Çindən gələnlərin də 14 gün öncəsinə qədər Uhanda olmadıqlarına sübut edən sənədləri göstərmək məcburiyyətində olduqlarını demişdi.


GSMA-nın qərarına görə, hər spikerin çıxışından sonra, mikrofon dəyişdiriləcək. Eyni zamanda, təşkilatçılar iştirakçılara tövsiyə edib ki, onlar əl sıxışaraq salamlaşmamalıdırlar.