Telegram (TG) platformasından deyiblər ki, indi istifadəçilər onunla deytinq tətbiqi kimi də istifadə edə biləcəklər.


Facemark.az xəbər verir ki, Vedomosti nəşrinin yazdığına görə, indi TG platforması üzərində tanışlıq üçün pablik səhifə yarada bilərsiniz. Buradan yaxınlıqdakı insanlar ilə görüş təşkil etmək olar.


Tərtibatçılar profil səhifələrini yenidən nəzərdən keçirdilər və “Lyudi ryadom” (yaxınlıqdakı insanlar) funksiyasını yenilədilər.


Bu funksiya 2019-cu ilin iyununda sosial platformada görünməyə başlayıb, burada əlaqə məlumatlarını yaxınlarla paylaşa bilər, həmçinin yerli qrup çatlarına qoşula bilərsiniz.


İstehsalçılar:


Səhifədən ayrılasanız və platformanı smartfonunuzda bağlasanız belə, onlar sizi tapa biləcək və mesaj göndərə biləcəklər. Əgər siz “məni göstərmə” funksiyasını seçərsəniz, bu halda səhifəniz gizli olacaq.


Qeyd etmək yerinə düşər ki, payızda isə Vkontakte Lovina adlı tanışlıq xidmətini işə salmışdı. Platformanı rəqiblərindən fərqləndirən o idi ki, burada bir-birini videozəngin və video stories-in köməyi ilə tanımaq mümkün idi.


Lovina-ya girişi isə siz Vkontakte üzərindən, yaxud telefon nömrəsi ilə edə bilərsiniz. Qeydiyyatdan dərhal sonra isə platformanın alqoritmi sizə uyğun həmsöhbətləri təklif edəcək.