Şirkətin müəssisələri işçilərin təhlükəsizliyini qorumaq üçün daha az işləməyə məcbur olurlar.


Çində koronavirus epidemiyasının artmasından dolayı, Apple şirkətinin müəssisələrində çətinliklər yaşanır. Bu səbəbdən dolayı da şirkət iPhone çatdırılmalarını məhdudlaşdırmağa qərara alıb.


Facemark.az xəbər verir ki, bu haqda Apple şirkətinin açıqlamasında deyilib.


Buna görə də, şirkətin gəlirləri rübün əvvəlində gözlənilənlərdən nəzərəçarpan dərəcədə aşağı olacaq.


Korporasiyadan, həmçinin deyiblər ki, onların müəssisələri xəstəliyin episenti olan Uhan əyalətindən xeyli kənarda yerləşir, lakin bununla belə iş prosesinin bərpası gözləniləndən daha mürəkkəbdir.


Bundan başqa, Çində Apple-ın bütün mağazalarını bağlanıb və bəzi partnyor-mağaza nöqtələri də bura daxildir. Ancaq şirkətin kontak-mərkəzi və korporativ ofisi əvvəlki qaydada işini davam etdirir.


Daha əvvəlki xəbərdə isə deyilirdi ki, Apple və digər şirkətləri ehtiyat hissələri ilə təmin edən Tayvan şirkəti Foxconn Çində tibbi maskaların istehsalına başlayıb.