2020-ci ildə 8-ci dəfə keçiriləcək Milli Marketinq Forumuna geri sayıma başlayıb.


facemark.az onlayn marketinq portalının təşkilatçısı olduğu builki forumda bir çox yeniliklərlə qarşınızda olacağıq. Yeni konsept, bir çox yeniliklərlə ilin ən böyük biznes, marketinq hadisəsi olmaq üçün yola çıxırıq.


Reallığa daha yaxın olmaq üçün “ÖZ YOLUMUZ” olmalıdır. Bu il 8-ci Milli Marketinq Forumu məhz öz yolumuza işıq tutacaq.


Bu il ilk dəfə Milli Marketinq Forumu 2020 kreativ konseptinin izahını video çarxla təqdim etdik. “ÖZ YOLUMUZ” devizi ilə iyunun 5-6-da bir daha görüşəcəyik.



Artıq ənənə halını alan ilin marketinq hadisəsinə təklif və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.


Ötən il baş tutan MMF2019-a isə facemark.az-ın YouTube səhifəsi üzərindən baxa bilərsiniz.


https://bit.ly/2vOdY1z


Bəs bu il Bakı Konqres Mərkəzində keçiriləcək 8-ci Milli Marketinq Forumunda nələri daha fərqli və kimləri spiker kimi görmək istərdiniz?



Xatırladaq ki, Milli Marketinq Forumuna (MMF2020) biletin qiyməti aprelin 25-dək 70 AZN olacaq. Sonra isə bahalaşa bilər. İlkin qeydiyyat forumun rəsmi səhifəsi üzərindəndir. Ordakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz. Rəsmi satış isə növbəti həftədən başlayacaq. Forumun Facebook səhifəsini aşağıda əlavə edirik.


https://www.facebook.com/pg/MilliMarketinqForumu/about/?ref=page_internal