15-17 apreldə Minsk şəhərində Şərqi Avropanın kreativ kommunikasiyaları sahəsində ən böyük festivallarından biri olan –XII Beynəlxalq marketinq və reklam festivalı White Square keçiriləcək. Adıçəkilən beynəlxalq festivalı son illər haqlı olaraq Şərqi Avropanın kreativ habı adlandırırlar.


facemark.az-a təşkilatçılardan verilən məlumata görə, hər il festivalda dünyanın 30-dan çox ölkəsindən nümayəndə iştirak edir. Hər il davamlı olaraq keçirilən festivalda 1000-dən çox müsabiqə keysləri qəbul edilir.


Onların arasında kreativ video çarx, radio çarx, print, inteqrə olunmuş kampaniyalar, son illər marketinq, brendinq, dijital, media və reklamda innovasiyaları sahəsində hazırlanan layihələr də var. White Square-ni 2020-ci ildəki mövsümündə iştirak edən münsiflər öz ölkələrində reytinq birinciləri olan, aparıcı beynəlxalq agentliklərin yaradıcı direktorlarıdır.


Onların bir çoxunun yaradıcı işləri qiymətləndirmə təcübəsi var, eyni zamanda Cannes Lions kimi beynəlxalq reklam festivalının mükafatçılarıdırlar. Ekspertlər isə deyir ki, belə bir münsiflər tərkibinə malik olan festival işləri daha qərəzsiz qiymətləndirəcək.