çərşənbə axşamı, 7 aprel 2020

Biznesin görünməz qəhrəmanları


İlkin Mirzəzadə


297

Fikir vermisizsə aysberqin görünən və görünməyən tərəfləri vardır. Görünən tərəfi böyükdür. Onun alt təbəqəsi yəni görünməyən hissəsi isə məhz o görünən hissəsindən dəfələrlə böyükdür. Azərbaycanın biznes dünyasında məhz bizim gördüyümüz şəxslərlə yanaşı onun gördükləri işlər aysberqin görünməyən tərəfləridir. Təbiətdən misal çəkim: arı bildiyimiz kimi bal verməklə məşğuldur. Yəni əsas fəaliyyəti balı necə deyərlər istehsal etməkdir.

Bunun üçün o minlərlə çiçəkdən nektarlar toplayır. Lakin bu proses zamanı arı çiçəyi tozlandırır və çiçəklərin funksiyalarını yerinə yetirməsi üçün bilavasitə əsas rol oynayır. Toplam götürsək bu proses ümumilikdə təbiətə təsir göstərir. Məhz biznes dünyasının inkişafı üçün çalışan şəxslər obrazlı desək bir arıdırlar. Onlar öz fəaliyyətləri ilə yüksək səviyyədə məşğuldurlar lakin bu fəaliyyət nəticəsində biznes dünyası və yekun olaraq iqtisadiyyat inkişaf edir. İqtisadiyyatın inkişaf etməsi dövlətin xeyrinədir və dünya dövlətləri arasında onun mövqeyini gücləndirir. Əbəs yerə deməyiblər ki, dünyanı dəyişmək istəyi varsa birinci özünü dəyiş.

29.02.2020 tarixdə HR Option şirkətinin məhsulu olan HR-MBA proqramı üzrə 17 nəfər ilk məzun buraxlışı oldu. Onlar məhz biznes dünyasının inkişafı üçün çox ciddi funksiyaları icra edəcəklər. Təbii ki, bu prosesin hazır olmasında HR Option şirkətinin əməkdaşları və əməkdaşlıq edən təlimçilərin xüsusi olaraq öz yeri var.

Həmin məzunların 90% işləyən şəxslər idi. Proqram dövründə isə 4 nəfər HR Option layihələrində, 6 nəfər isə HR Option müştərilərində işlə təmin olundular. Həmin 10 nəfər ümumilikdə isə 17 nəfər məhz bizneslərdə mühüm funksiyaları icra edəcəklər.

Onlar dürüstlük, məsuliyyət, sürət kimi dəyərləri şirkətlərə tətbiq edəcəklər. Vaxt gələcək onların sayı 100-lərlə olacaq, bizneslərin sürətli inkişafında mühüm rol oynayacaqlar. Həmin şəxslər təbii ki, öz fəaliyyətlərinin yaxşı olması üçün çalışacaqlar amma bilavasitə bizneslərin, bütövlükdə iqtisadiyyatın inkişafı üçün töhvə verəcəklər. Bəlkə də illər sonra həmin şəxslər tarixdə Azərbaycanın inkişafında rolu olan xüsusi şəxslər kimi tətqiq ediləcəklər.

Cəmiyyətin məhz “arı” təxəyüllü şəxslərini qorumaq və onların istedadlarının inkişafı üçün çalışmaq lazımdır!

İlkin Mirzəzadə, blogger.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün