çərşənbə axşamı, 7 aprel 2020

Ölkənin ən böyük biznes forumu başlayır! – Video

446

Milli Marketinq Forumu facemark.az komandası tərəfindən illik olaraq keçirilir. Forum 2013-cü ildən etibarən hər il may ayında 700 nəfərədək biznes sahibi, idarəçilər, marketinq, satış və satınalma mütəxəssislərini təcrübə mübadiləsi ətrafında toplayır.

Forumunun keçirilməsində əsas məqsəd yerli marketoloqların bazarda olan yeni tendensiyalarının müzakirə edilməsi və ümumi marketinqə olan baxışını müsbət istiqamətdə dəyişməkdir.

Bu müzakirə əsasında mütəxəssislər daha sistemli şəkildə bilik mübadiləsini həyata keçirir, uğurlu keyslərlə tanış olub, biznesin inkişafı üçün lazımi fikir paylaşımı apara bilir.

Bu il İyunun 5-6-da Bakı Konqres Mərkəzində 8-ci dəfə Milli Marketinq Forumu keçiriləcək. Bu il forum 8 paneldən ibarət olacaq, hər biri tam fərqli formatda!

1. Milli Keyslər (Davos formatı)

2. Rəqəmsal Marketinq: Mobil marketinq, sosial media, gamefication (təqdimat formatı)

3. Retail, Satış və Ticari Marketinq (təqdimat formatı)

4. İxracın Marketinqi (Davos formatı)

5. Ziddiyyətlərin Debatı paneli

6. Brend yaratma və Məhsul Menecmenti (innovasiya,davamlılıq, marketinqə investisiya strategiyası - marinvest)

7. Data və İstehlakçı davranışı

8. Media, İnfluencer və Rəy Lideri (Davos formatı)

Nə üçün iştirak vacibdir?

Bu il 8-ci Milli Markeinq Forumu məhz öz yolumuza işıq tutacaq. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdığı 11 ən mühüm problemə qarşı öz çıxış yolumuzu bu il 8 paneldə işıqlandıracağıq. İlk dəfə bu il, həm spikerlərin fərdi təqdimatları olan panellər, həm də ancaq Davos formatlı müzakirələrin olacağı panellər olacaq. Həmçinin vəd olunur:

- İşgüzar əlaqələrin genişlənməsi

- Biznes trendləri ilə tanışlıq

-Təcrübə mübadiləsi

Bilet haqqında məlumat

https://millimarketinqforumu.com/

Ölkəmizin ən böyük biznes tədbirinin tərəfdaşı olmaq istəyirsinizsə, bizə yaza bilərsiniz.

aysel@filagency.az
hunaltay@gmail.com

Xatırladaq ki, Milli Marketinq Forumunun 8 illik tarixində ümumilikdə 200 spiker 5000 iştirakçı qatılıb. Bu il olacaq 2 bütöv biznes gününə sən də qoşul!

8 il ərzində keçirilən forumlardan yadda qalan anları Sizinlə paylaşırıq. Bu il Sizi də iştirak etməyə dəvət edirik!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün