çərşənbə axşamı, 7 aprel 2020

Biznes dünyasının ən böyük tədbiri: “Uludağ Ekonomi Zirvesi” təxirə salındı

250

Capital, Ekonomist və Start Up dərgiləri tərəfindən 2002-ci ildən bəri təşkil edilən və bu il 20-21 Mart tarixlərində Uludağ-da reallaşması planlaşdırılan, bölgənin ən vaciv bə biznes dünyasını görüşdürən “Uludağ Ekonomi Zirvesi”, 27-28 Noyabr 2020 tarixinə təxirə salınıb.

Doğan Burda Dərgi Qrupu adına mövzu ilə bağlı açıqlamasında belə deyib:

“Doğan Burda Dərgi Qrupu olaraq “Uludağ Ekonomi Zirvesi” kimi prestijli və uğurlu bir tədbiri illərdir təşkil edirik. Qonaqlar, iştirakçılar və partnyorlarımızın sağlamlığı bizim hər zaman piroritetimiz olub.

Bilirsiniz ki, T.C. Səhiyyə Nazirliyi Türkiyədə Covid-19 virusunu aşkar edib. Nazirliyimiz mövzunu və prosesi lap əvvəlindən bəri həssaslıqla izləyir, bu prosesdə fərdlər və qurumların da eyni həssaslıqla rəftar etməyi vacibdir. Son günlərdə edilən açıqlamarı dəyərləndirdiyimiz zaman, yerli və əcnəbi bütün qonaqlarımızın sağlamlığını nəzərə alaraq “Uludağ Ekonomi Zirvesi”ni təxirə salmağa qərara aldıq.

Dünyanı sürətlə təsiri altına alan bu virusu ölkə olaraq Səhiyyə Nazirliyimiz ilə bərabər, digər Nazirliklərin də dəstəyi və xalqımızın həssaslığı ilə ən az zərərlə və qısa müddətdə öhdəsindən gələcəyimizə ümid edirik. Mövzu ilə bağlı sizləri xəbərdar edirik, təxirə salınma qərarına dair anlayış və dəstəyiniz üçün isə təşəkkür edirik”.

Türkiyə və dünyadan 2000-ə yaxın iştirakçı və 100-dən çox spikerə ev sahibliyi edəcəyi planlaşdırılan Uludağ Zirvesi, eyni spiker və məzmun ilə 27-28 Noyabr 2020-ci ildə, payızda reallaşacaq.

Uludağ Ekonomi Zirvesi Haqqında: Dünyadan və Türkiyədən bir-birindən dəyərli spikerlər və biznes insanlarını birləşdirən Uludağ Ekonomi Zirvesi, Capital, Ekonomist və Start Up dərigiləri tərəfindən təşkil edilir. 2012-ci ildən bəri təşkil edilən tədbir, sektor liderləri və media tərəfindən maraqla izlənilir, bir çox yeni fikrə yol açır və sahibkarlara da yeni həllər təklif edir.

Dünyaca məşhur iqtisadçılar, şirkətlərin CEO və idarəçilərini, həmçinin siyasət dünyasından vacib adları qarşılayan Uludağ Ekonomi Zirvesi, bu günə qədər Andy Grignon, Christian Wulff, Daron Acemoğlu, Darrel West, Derik Kim, Doron Avni, Howard Chase, Jack Straw, Jared Cohen, Jean Claude Trichet, Kai Georg Diekmann, Marc Faber, Mark Mulloch-Brown, Nouriel Roubini, Shaun Rein, Simon Calder, Yousuf Mohamed Al-Jaida, Ali Koç, Ali Sabancı, Ali Kibar, Begümhan Doğan Faralyalı, Bülent Eczacıbaşı, Cem Boyner, Emine Kamışlı, Erol Bilecik, Fatih Terim, Hamdi Ulukaya, Hüsnü Özyeğin, Muhtar Kent, Temel Kotil və daha bir çox dəyərli ada ev sahibliyi edib.

Detallı məlumat üçün:

Pınar KIN / Canvas İletişim

pinar@canvas.com.tr

0532 260 0954

www.canvas.com.tr

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün