Son vaxtlarda hamımızın yaşlısından uşağına qədər öyrəndiyi virus peyda oldu. Karonavirus dekabrın axırından etibarən Çinin Vuhan şəhərindən başlayaraq sürətlə yayılmağa başladı. Təbii ki, çox ölkələr ilk vaxtlar bunu təhlükə bilmədi, çünki digər xəstəliklər kimi ötəri olacağını sandılar.


Bir çox ölkələr müəyyən qədər tədbir gördü, amma gecikən ölkələrdə xeyli oldu. Virus qısa müddət ərzində sürətlə yayılaraq dünyanın 130 ölkəsinə qədər çatdı. Hələki statistikalarda virusdan ən çox əziyyət çəkən ilk 3 ölkə Çin, İtaliya və İrandır.


Təbii ki, əgər yeni bir texnologiya gəlirsə, yeni bir iqtisadi və ya siyasi proses olursa hər bir prosesin müsbət və xeyir tərəfləri olur. Karonavirusda özü özlüyündə çox ciddi problemlər gətirdi.


Artıq 10-larla dövlət öz sərhədlərin bağlayır, yalnız karqo, yük daşımaları istisna bütün aviasiya, nəqliyyat və s. sərnişin daşınması qadağan olunub. Ölkəmizdə də həmçinin Rusiya istisna olmaqla bütün dövlətlərlə sərhədlərimiz bağlanıb. Yalnız yük, ərzaq və digər əşyaların daşınması həyata keçirilir. Proses 2 həftə ərzində çəkəcəyini düşünülsə də daha uzun müddət olacağı istisna olunmur.


İndi isə virusun Azərbaycana hansı yollarla zərər vurduğunu qısa təhlil edək:


1) Azərbaycan neft və qaz hasilatçısı olan bir ölkədir. Ölkənin strateji valyuta ehtiyatları, büdcə xərcləmələri, xarici dövlət borcları, əsasən neft və qazın hesabına ödənilir. Neftin isə böyük idxalçıları (alıcılar) Çin, C.Koreya, Hindistan kimi ölkələrdir. Neftin isə son 10 günə yaxın ciddi şəkildə (30%) dəyər itirdiyini görürük. Bu proses isə özü özlüyündə bir neçə səbəbdən irəli gəlir.


- Çinin əsas neft ayırma zavodları fəaliyyətini dayandırdığına görə neftə təlabat aşağı düşdü;
- İtaliya Azərbaycan neftinin əsas alıcılarından biri idi. Karantin səbəbi ilə onlarda neft istehlakı aşağı səviyyəyə düşdü;
- Səudiyyə Ərəbistanı ciddi şəkildə neftin istehsalını artırdı, bu isə neft bolluğuna qiymətlərin isə aşağı düşməsinə səbəb oldu


2) Neftin aşağı düşməsini əsas götürərək əhali kütləvi şəkildə dollar alışına keçdi. Lakin əhali bilməlidir ki, 1994-cü ildə qəbul olunmuş Azərbaycan Respublikası Konsitusiyasına, əsasən manat ölkədə yeganə pul vahididir. Yəni, bütün əllərindəki pulun dollara çevirib gözləmək absurddur. Tutalım 100 dolları 1.70 məzənnəsi ilə alındı məzənnnə qalxıb 1.90 olsa həmin o prosesdən 20 manat qazanc olacaq. Həmin 20 manatı xaricdən gətirilən məhsulların bahalaşması və inflyasiya yeyəcək. Yəni süni ajiotaj heç də xeyirli bir əlamət deyil.


3) Azərbaycan son illər turizm hesabına ciddi şəkildə ölkəyə valyuta axını təmin olunmuşdu. İndi isə tək Azərbaycanda yox ümumilikdə dünya turizm bazarı çöküb. Bu səbəbdən dolayı Azərbaycana bu sektor üzrə daxilolmaların həcmi əhəmiyyətli dərəcədə azalmışdır.


4) Virusun artmasının qarşısının alınması üçün əlavə büdcə xərcləmələri ayrılması zəruri olmuşdur. Bu səbəbdən dolayı da müəyyən mənada zərər gəlmişdir.


İndi isə əhali və sahibkarla zərər dəyən tərəfləri təhlil edək:


1) 100-lərlə təhsil ocağı, universitetlər, təlim və tədris məkanları bağlanıldı. Özəl sektor ciddi şəkildə zərərə uğradı.


2) Turizm şirkətləri qısa müddətlik və qeyri müəyyən müddətə fəaliyyətini dayandırdı. Burada işləyən xeyli insan çətinliklərlə üzləşdilər.


3) Bütün növ ictimai-iaşə obyektlərinə 21:00-dan sonra işləmək qadağa qoyuldu, toylar və yas mərasimlərinin keçirilməsi dayandırıldı. Bu sektorlarla isə minlərlə şəxs qısa müddətlik işsiz qaldı.


Təbii ki, bu virusun vurduğu zərərlər idi. Xeyirləri isə o oldu ki, artıq insanlar home office rejimində işləməyi özlərinə aşıladılar, universitetlər və təhsil ocaqları distant təhsilə keçid etdi, insanların gigiyena qaydalarına riayət etmələri daha da sərtləşdi.


Sonda onu deyə bilərəm ki, dünya iqtisadiyyatı bu il özünə gəlməsi çətin məsələdir. Tək Azərbaycan yox, bütün dünya dövlətləri virusdan xeyli ziyan çəkdilər.


Bir gün virusun yoxa çıxması diləyi ilə. Görüşərik!


İlkin Mirzəzadə, blogger