Koronavirus ilə bağlı beynəlxalq vəziyyəti analiz edən Şərqi Avropanın ən böyük reklam və yaradıcılıq festivalı, 30-dan çox ölkənin kommunikasiya sənayesinin nümayəndələrini birləşdirən “White Square”nin Təşkilatı Komitəsi festivalın vaxtının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.


Facemark.az-ın media partnyoru olduğu XII dəfə Minskdə keçirilməsi planlaşdırılan “White Square” festivalının 2020-ci il mövsümü ilə bağlı dəyişikliyin qərarını açıqlayıblar. Bu haqda martın 16-dakı açıqlamasında Belarusun Kommunikasiya və Marketinq Agentlikləri Assosiasiyasının nümayəndəsi, “White Square”in prodüseri Alena Utinoviç deyib.


Müsabiqə işlərinin verilməsi ilə bağlı deadline isə martın sonundan 31 maya qədər uzadılıb.


Müsabiqə işləri festivalın adfest.by adlı rəsmi onlayn platforması üzərindən qəbul edilir. Xatırladaq ki, müsabiqə işləri 7 kateqoriyada qəbul edilir.


“Biz ümid edirik ki, müxtəlif ölkələrdə, müxtəlif həyatlara təsir edən yeni virus ilə mübarizədə yeni həll yolları tapılacaq, vəziyyət stabilləşəcək. Hazırda isə biz belə qərara gəldik ki, festivalın vaxtını iyuna qədər uzadaq. Dəqiq tarix isə aprelin ortalarında elan ediləcək. Festivalın mədəni və maarifləndirici formatında isə hələki dəyişiklik edilməsi nəzərdə tutulmayıb, əksinə yeni tendensiyalar da nəzərə alınmaqla, o daha da zənginləşəcək. Bundan başqa, koronavirus epidemiyası və onun nəticələri ilə bağlı mövzuda reallaşdırılan keyslər üzərindən təmənnasız Change for Good nominasiyasına işləri qəbul edəcəyik. Belə işlərin artıq nümunələri mövcuddur. Məsələn, Çinin Reklam Assosiasiyasının əməkdaşları Be strong, China! adlı kampaniyaya start veriblər.


7 kateqoriya isə bunlar idi:


CREATIVE: Film, Print, Radio & Audio, Outdoor, Integrated, Branded Content and Entertainment;


BRANDING: Communication Design, Packaging Design, Digital & Interactive Design;


MARKETING: Brand Experience & Activation, PR, Direct, Innovations;


CREATIVE EFFECTIVENESS;


MEDIA: Channels, Excellence in Media, Media Campaign;


DIGITAL: Digital, Mobile, Creative Data;


CHANGE FOR GOOD.


Festival ilə bağlı son məlumatları elə adfest.by rəsmi sayt üzərindən baxa bilərsiniz.