çərşənbə axşamı, 7 aprel 2020

“Apple” Çindən kənarda da olan bütün mağazalarını bağladı

189

Apple korporasiyası Çindən kənarda da olan bütün mağazalarını koronavirus riskindən dolayı bağlayıb.

Facemark.az-ın məlumatına görə, bu haqda CNBC nəşri yazıb.

Kompaniyanın sözçüsünün sözlərinə görə, onlar pandemiyadan öyrəniblər ki, belə hallarda sosial məsafəni artırmaq lazımdır. Çin mağazaları hələ 13 martda fəaliyyətlərinə davam edir, amma şirkətin bəzi ticarət nöqtələri isə fəaliyyətlərini 27 marta qədər dayandırıb. Kompaniyanın məhsulları internet-mağaza vasitəsilə almaq olar. App Store əlavəsi də açıq olacaq.

Apple-ın baş direktoru Tim Kuk:

“Virusun ötürülməsi riskini azaltmağın ən effektiv yollarından biri sıxlığı və sosial məsafəni azaltmaqdan ibarətdir. Digər yerlərdə virusdan dolayı yoluxmanın sayı artmağa davam edir, bu halda biz də komandamızın və müştərilərimizin müdafiəsi üçün əlavə ölçülər götürməli oluruq”.

Xatırladaq ki, şirkət anoloji addımı fevralın əvvəlində Çində atmışdı. Kompaniyanın bütün mağazaları minimum 9 fevrala qədər bağlanmışdı.13 martdan isə bütün mağazalar, məhdudlaşdırılmış saatlarda yenidən fəaliyyətinə davam etmişdi. İndi isə korporasiyanın bütün ofisləri çevik iş qrafikinə keçəcəklər. Evdən çalışa bilənlər işlərinə onlayn qaydada davam edəcəklər, yox əgər onların işləri yerində olmağı tələb edirsə, bu halda onlar koronavirusdan qorunmaq ilə bağlı təlimatları izləməli və insanlar arasında məsafə qoymalıdır.

Fevralın ortasında Apple şirkəti koronavirus epidemiyasının yayıldığı Çindəki müəssisə-təchizatçıların işində çətinliyə görə, iPhone çatdırılmalarında məhdudiyyəti elan etmişdi. Buna görə də, şirkətin gəlirləri rübün başlanğıcında planlaşdırılan proqnozdan aşağı olacağı təxmin edilir.

Məsələn, Rusiyada da Yandeks-in əməkdaşları bazar ertəsindən bəri evdən işləyirlər. Onlar yalnız ehtiyac olduğu halda ofisə gedə biləcəklər. Bundan başqa, şirkətin rəhbərliyi ofisə gəlmək məcburiyyətində olan əməkdaşlarına pik saatlarda ictimai nəqliyyatdan istifadəni məsləhət görmür. Onlar həftənin əvvəlindən etibarən taksi üçün xərc ayıracaqlar.

Ötən həftənin ortalarında isə Twitter əməkdaşları bütün işləri ofisdən evə keçirib. Güman edilir ki, bu tədbir koronavirusun yayılması riskini azaldacaq. Ötən həftənin əvvəlində şirkət sadəcə işçilərinə evdən çıxmamağı tövsiyə edirdi, ancaq indi bu ölçülər isə şirkətin bütün dünyadakı əməkdaşları üçün məcburidir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün