Dünyada koronavirusla bağlı xəstələrin sayı artır. Firmalar isə işçilərin, həm fiziki, həm də mental sağlamlığını qorumaq üçün ilk yol olaraq evdən çalışma üsuluna əl atırlar. Bu həftə onlarla marka, agentlik, start-up-ın evdən çalışdığının şahidi olduq. Əlbəttə, bu vəziyyət müvəqqəti olsa da, onun nə qədər davam edəcəyini proqnoz etmək çətindir. Ona görə də, bu vaxtı maksimum faydalı idarə etmək üçün bəzi hazırlıqların olması labüddür.


Zamandan doğru istifadə üçün Toggl



Əgər ilk dəfədir ki, evdən çalışırsınızsa, o zaman zamanın idarəedilməsinin ən vacib faktor olduğunu başa düşəcəksiniz. Əgər qeyd, vəzifələriniz, planlarınızı düzgün şəkildə planlamazsanız, bir müddətdən sonra hər şeyin çox qarışıq olduğunu görəcəksiniz. Evdə zamanı düzgün idarə etmək üçün ən çox üstünlük verilən platforma Toggl-dir. Bu əlavə ilə kağız üzərindəki plan, layihə, vəzifələrinizi virtual aləmə daşıya və zaman və işinizi planlı idarə edə bilərsiniz. Hansı işə nə qədər zaman ayırdığınızı və evdə ikən iş planınıza nə qədər sadiq qaldığınızı görmək üçün Toggy işinizə yaraya bilər. Toggl pulsuz və premium olmaqla iki fərqli üzvlük sisteminə malikdir və Android və iOS-da mövcuddur.


Məhsuldarlıq üçün Trello



Milyonlarla istifadəçisi olan, biznesin idarə edilməsi üzrə ən yaxşı əlavələrdən biri də Trello-dur. O da digər oxşar əlavələr kimi işləri, etdiklərinizi, hədəflərinizi eyni akranda görüb, idarə etməyinizə kömək olur. Bundan başqa, Trello oxşar əlavələrdən fərqli olaraq çox rahat interfeysə malikdir. Trello-dan pulsuz istifadə etmək üçün trello.com adresindən üzvlük hesabı açıb, üzv olduqdan sonra qarşınıza çıxan interfeysdəki ekranda layihənizə ad verə bilərsiniz. Burada komadada olan üzvlərin layihənin hansı mərhələlərini idarə etməli olduqlarını orqanizə edə bilərsiniz.


Parolları asan idarə etmək üçün LASTPASS



Evdən çalışan zaman istifadə etdiyiniz alətlər, faydalandığınız platformalar, üzv olduğunuz digər sistemlər üçün parolları idarə etmək də işin məhsuldarlığı baxımından vacibdir. Ona görə də, bütün onlayn hesablarınızın şifrələrini unutmamaq üçün dijital bir vasitəyə ehtiyacınız olacaq. Parolları idarə edən Lastpass sistemində siz kredit kartı, sayt, əlavələrdəki hesablarınızın istifadəçi adı, şifrə kimi məlumatlarını etibarlı şəkildə qoruya bilərsiniz. Onun hesabına, istər kompüterinizdən, istərsə də ağıllı telefonunuzdan şifrələrinizə tək bir ana şifrə istifadə edərək əldə edə bilərsiniz. Lastpass-ın oxşar əlavələrdən fərqi odur ki, pulsuzdur və daha sağlam şifrələr təklif edə bilir.


Notlarınızı idarə etmək üçün BEAR



Bəzilərimiz kompüter və kağızda aldığımız qeydləri sonrasında bir araya gətirməkdə çətinlik çəkirik. Bu mövzuda köməyimizə not alma platformaları çatır. Amma gəlin qəbul edək ki, çoxumuzun ağıllı telefonlarında olan bu əlavələrdən heç də faydalı istifadə etmirik. Amma BEAR-ın digər oxşar əlavələrdən fərqli, bəzi funksiyaları mövcuddur. Bu əlavə Evernota bənzəyir, ancaq ondan daha funksionaldır. iOS və macOS əməliyyat sistemlərində dəstəklənən əlavədə not alan zaman başlıqlarda “header” istifadə edə bilər, yazıları qalın, italik, altı və ortası xəttli edə bilər, hər-hansı nota etiket əlavə edə bilər, mətnlərə foto və linklər əlavə etmək, eyni zamanda PDF və JPEG daxil olmaqla çeşidli formalara sala bilərsiniz.