çərşənbə axşamı, 7 aprel 2020

Bir sıra ölkələrdə “Samsung” smartfonları pulsuz dezinfeksiya olunacaq -Foto

191

Rusiya və digər ölkələrdə Cənubi Koreyanın Samsung şirkəti smartfonların pulsuz dezinfeksiya xidmətini təqdim edib.

Facemark.az-ın məlumatına görə, Kod portalı yazır ki, Samsungun mətbuat xidmətindən deyiblər ki, Rusiyada adıçəkilən xidmət artıq bir neçə ildir ki, mövcuddur. “İstənilən müştəri Samsung Servis Plaza ilə əlaqə quraraq, bu xidmətdən pulsuz faydalana bilər”, - deyə şirkətdən deyilib.

Xidmətin adı Galaxy Sanitizing adlanır. O, həmçinin Çili, Vyetnam, Peru, Polşa, Argentina, Ukrayna, Yaponiya, İspaniya, Pakistan, Finlandiya, Xorvatiya, Danimarka, Cənubi Koreya, Malayziya, Norveç, Yeni Zelandiyada əlçatandır. Prosedur ultrabənövşəyi şüaların altında aparılır. İnfeksiyalar yüksək temperaturun təsiri ilə məhv olur. Mikroorqanizmlərin məhv edilməsi texnologiyası öz effektivliyini göstərib və yoxlamaları uğurla keçib. Xidmət brendin mağazalarında və xidmət mərkəzlərində əlçatandır.

Qeyd edək ki, Rusiyanın Rospotrebnadzor xidməti rusiyalıları öz mobil qurğularını dezinfeksiya edilməsini tövsiyə edib. Xidmətin təlimatlarına uğun olaraq RBK nəşri yazır ki, hər ictimai yerlərə gedişdən və nəqliyyatdan istifadə və günün sonunda smartfonlar təmizlənməlidir. Xüsusilə belə dezinfeksiya smartfonun üz ilə təmas etdiyi yerlərə aparılmalıdır. Əgər telefonun üz qabığı varsa, o mütləq qaydada çıxarılmalı və dezinfeksiya olunmalıdır. Xidmət deyir ki, dezinfeksiya üçün ən yaxşı vasitə antiseptik salfet və geldir.

Xatırladaq ki, martın əvvəlində qonşu ölkə olan Rusiyada medikal maskalar ilə yanaşı, antiseptik gel, əl üçün salfet, sabun satışları kəskin artım göstərib. Ajiotaj isə koronavirus ilə bağlı xəbərlərin fonunda artmışdı.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün