çərşənbə axşamı, 7 aprel 2020

Məşhur holdinq 12 ton antiseptik gel istehsal edir: Kosmetika və ətir istehsalı xəttini əvəzləyir

207

İstehsal Fransanın üç zavodunda başlayır.

LVMH qrupu Fransada yerləşən üç şəxsi zavodunda antiseptik gellərin istehsalına başlayıb.

Facemark.az-ın məlumatına görə, Vedomosti nəşri yazır ki, daha əvvəl qrupun Christian Dior, Guerlain və Givenchy markaları üçün ətir və kosmetika istehsal edən zavud xəttini məhz antiseptik gellərin istehsalı üçün dəyişib.

Bazar ertəsindən etibarən bu xəttlərdə yüksək keyfiyyətli hidro-spirt gellər istehsal ediləcək və onlar pulsuz şəkildə səhiyyə müəssisələrinə göndəriləcək. Bu məhsulu qəbul edənlər arasında Parisdəki 40 xəstəxana mövcuddur.

Şirkət birinci həftə təxminən 12 ton antiseptik gelin istehsalını planlaşdırır, daha sonra isə istehsal daim artacaq. Kompaniya artıq Paris Xəstəxanaları Dərnəyindən vəziyyətə belə sürətli reaksiyasına görə, təşəkkür alıb. Hazırda ölkələrdə koronavirus epidemiyasına görə, antiseptik maddələrə böyük tələbat var. Məsələn, Fransada bu xəstəlikdən dolayı 120 nəfər ölüb, ümumilikdə infeksiyaya yoluxanların sayı isə 5,4 mini keçib.

Daha əvvəlki xəbərlərdə deyilirdi ki, böyük fashion-riteylerlər koronavirusdan dolayı mağazaların müvəqqəti bağlanmasını istisna etmirlər. Ekspertlər isə deyir ki, bu seqmentin vəziyyətinə ticarət mərkəzlərinə baş çəkənlərin sayının azalması və Çindən yeni kolleksiyaların gəlməməsi güclü təsir edəcək. Ona görə də, artıq bir sıra riteylərlər mağazalarını icarəyə verənlərdən onlardan müvəqqəti pul almamalarını xahiş ediblər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün