Microsoft şirkətinin rəhbəri Bill Qeyts Reddit forum istifadəçilərinin koronavirus epidemiyası ilə bağlı suallarına cavab verib.


O, karantinin virusla mübarizədə nə qədər effektiv olacağından və COVID-19 virusuna qarşı hamı üçün nəzərdə tutulmuş vaksinin nə vaxt ərsəyə gətirilməsi ehtimalından danışıb. Bundan başqa, o 2015-ci ildə, EBOLA virusunun alovlandığı o dövrdə yazdığı məktubunu paylaşıb. Xatırladaq ki, Microsoft-un qurucusu Bill Qeyts Reddit istifadəçiləri arasında periodik olaraq bir sual-cavab postu təşkil edir və hər kəs ilə əlaqəyə keçir. Bu dəfə isə sahibkar planetin hər bir üzvünü ciddi narahat edən koronavirus epidemiyası haqqında danışmaq qərarına gəlib. Hər şeydən əvvəl Qeyts istifadəçiləri panikaya düşməməyə və yaranmış vəziyyətdə öz soyuqqanlılıqlarını qorumağa çağırıb. İstifadəçilərdən biri 64 yaşlı xeyriyyəçidən soruşub ki, bütün bunlar nə vaxta qədər davam edəcək?


Bill Qeyts isə öz növbəsində deyib ki, əgər ölkənin test və karantin ilə bağlı problemi yoxdursa, 6-10 həftə ərzində onlar xəstələrin sayında əhəmiyyətli azalmanı görəcəklər və tezliklə hər şey düzələcək. O, izah edib ki, hazırda inkişaf etmiş ölkələrdə böyük sayda xəstəliyə yoluxanlar var, amma əgər onlar vaxtında karantin ilə bağlı ölçülər görsəydi və kütləvi analizlərə start versə idilər, bu vəziyyətin qarşısını almaq olardı.


Bill Qeyts əlavə edib ki, onu ən çox narahat edən məsələ, inkişaf etməkdə olan ölkələrdə insaların öz aralarında sosial məsafəni təmin etmələrinin effektivliyinin olduqca aşağı olmasıdır. O, həmçinin deyib ki, belə ölkələrdə inkişaf etmiş ölkələr ilə müqayisədə xəstəxanalardakı yerlərin sayı da azdır.


Başqa bir istifadəçi isə maraqlanıb ki, koronavirus ilə bağlı vaksin elan edilən il yarımdan az vaxtda hazır ola bilərmi? “Qeyts isə deyib ki, əgər hər şey yaxşı olsa, vaksin 18 aydan daha tez hazır ola bilər”.


“Vaksinin ilk nümunələrini tibb işçiləri alacaqlar. Əgər hər şey yaxşı olsa, bu 18 aydan daha əvvəl baş verəcək”, - deyə Microsoft şirkətinin rəhbəri deyib. Ancaq, o əlavə edib ki, indi heç kim bazara belə bir dərmanın nə vaxt çıxarıla biləcəyinin təminatını verə bilməz.


Qeyts deyib ki, hazırda vaksinin hazırlanması ilə bağlı çoxsaylı alimlər qrupu məşğul olur, onlar müxtəlif yanaşmaları sınaqdan keçirməlidirlər, çünki onlardan bəziləri işləməyə də bilər. Bundan başqa, vaksindən bütün dünyanı qorumaq üçün milyardlarla dozalarda tətbiq oluna bilər. Ancaq belə vaksinin hazırlanması testləri uzun vaxt apara bilər.


Bundan başqa, Bill Qeyts beş il əvvəl 2015-ci ildə dərc etdiyi məktubunu paylaşıb. Orada o deyirdi ki, Amerika Birləşmiş Ştatları növbəti epidemiyaya hazır olmaya bilər. Bu məktubun yayılması zamanı Eboladan ölənlərin sayı 10 000-dən çox idi. Ümumdünya Səhiyyə Təşkilatının daha sonrakı məlumatında isə deyilirdi ki, infeksiyanın pik olduğu vaxtda bu xəstəlik üçün peyvənd yaradıldı.


“Bütün bunlar mənim gözlərimi açdı. Bu epidemiya nə qədər dəhşətli idi, amma ondan sonrakı daha da pis ola bilər. Dünya sadəcə xəstəlik ilə mübarizə aparmağa hazır deyil. Məsələn, böyük miqdarda insanı asanlıqla yoluxduran qriplə belə.. 10 milyon və daha çox insanı öldürməyə qadir olan, əlbəttə ki, tək şey epidemiyadır”, - deyə o özünün məktubunda deyirdi.