çərşənbə axşamı, 7 aprel 2020

Pərakəndəçilər və istehlakçı yönümlü markalar üçün 2020-ci il marketinq proqnozu

239

“Keçən il pərakəndə ticarət əsl “rollercoaster yaşadı”. Ümumi onlayn satışlar baxımından elektron ticarət sənayesində böyük bayram mövsümü müşahidə olundu. Belə ki, bu sektorda satışlar bir öncəki il ilə müqayisədə 18% artım göstərdi. Xüsusilə 2019-cu il birbaşa istehlakçıya yönəldilmiş markalar (DTC) üçün uğurlu oldu. Ancaq bir çoxları Amazonun fəndləri və yüksələn dəyəri fonunda müştərilərini “soymağa” davam edirdilər.

2019-cu ildən marketoloqların nə dərs aldıqlarını Sizə təqdim etmək istəyirəm. Elə buna görə də, həm pərakəndə,həm də DTC markaları üçün 2020-ci il üçün proqnozlarımı hazırlamışam.

1. DTC markaları xərcləri saxlamağa və gəlir əldə etməyə fokuslanacaqlar. 2019-cu ildən başlayaraq DTC markaları ənənəvi pərakəndəçidən xeyli qabaqda idi. CommerceNext-in araşdırmasına görə, 2019-cu ildə DTC markalarının 78%-i özlərinin marketinq büdcələrini ənənəvi riteylerləin 60%-i ilə müqayisədə artırmışdır.

2. Facebook və Google-u əvəz edəcək yeni marketinq kanalları. Facebook və Google-da reklam qiymətləri bir müddətdir artmaqdadır və keçən il bir çox marka üçün bir dönüş nöqtəsi oldu. Bu kanalların həddən artıq baha olması səbəbi ilə pərakəndə satıcılar və DTC markaları Snap, TikTok kimi yeni marketinq kanallarını fəal şəkildə sınayırlar. Onlar, həmçinin TV, birbaşa poçt rassılkaları kimi köhnə marketinq kanallarına da geri qayıtmağa başlayıblar.

3. Brend marketinqi diqqət mərkəzində olacaq. Son bir neçə ildə marketoloqlar performans marketinq strategiyasına daha çox pul xərcləyirlər, çünki bu brend marketinqi ilə müqayisədə daha yaxşı ölçülə biləndir. Ancaq sənaye başa düşdü ki, taktikasız performance-marketinq satışlar qıfının aşağısında qalır və daha az effektiv olur. Məsələn, Adidas markası marketinq effektivliyi üzrə investisiyasında dəyişikliyə getdi, belə ki, xərcin 23%-ni brendə, 77%-ni isə istehsala xərclədi. İndi isə bu nisbət markanın xeyrinə 60:40-a bərabərdir. Bu gün brend-marketinq daha çox ölçüləbiləndir. Elə buna görə də, biz brend-marketinqdə daha çox dollar yatırılacağının şahidi olacağıq.

4. Brendin məqsədi marketinqdə daha nəzərə çarpan olacaq. İstehlakçı şüuru artıqca, brendə qarşı sədaqət də artır. 2020-ci ildə daha çox şirkətin davamlı inkişaf, ədalətli əmək haqqı, yerli istehsal üzərində dayanacağını görəcəyik.

5. Marketinq qrupları rəqəmsal texnologiya ətrafında yenidən qurulur. 2020-ci ildə pərakəndə satıcılar və markalar rəqəmsal bunkerləri məhv etməyə başlayacaq və rəqəmsal texnologiya marketinqin bütün aspektləri üçün əsas olacaq. Brendlər artıq televiziya və radio kimi ənənəvi kanallarda ölçmə və qarşılıqlı əlaqə yaratmaq üçün rəqəmsal strategiyalardan istifadə edirlər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün